Bayrama görə otellərin qiyməti bahalaşdı - 2000 manata qədər yüksəldi

Novruz bayramı ərəfəsində Azərbaycanda hotellərdə qiymətlər artıb, xüsusilə bölgələrdə yerləşən məşhur istirahət mərkəzlərində bayram paketlərinin qiyməti 2000 manata qədər yüksəlib.
Avtosfer.az bayram günlərində bəzi otellərin qiymətlərini araşdırıb.
Novruz bayramı ilə əlaqədar uzunmüddətli istirahət günlərinin olması daxili turizmə tələbatı artırıb. Bu səbəbdən Qəbələ, Quba, Şahdağ və Naftalan istiqamətində yerləşən hotellərdə yerlərin böyük hissəsi əvvəlcədən bron edilib.
Məlumata görə, Qafqaz Riverside Hotel, Qafqaz Tufandag Mountain Resort Hotel və Chenot Palace Health Wellness Hotel kimi hotellərdə 3 gecəlik bayram paketlərinin qiyməti təxminən 900-1500 AZN arasında dəyişir. Paketlərə səhər yeməyi, şam yeməyi, bayram proqramları və SPA xidmətləri daxildir.
Qusar istiqamətində yerləşən Shahdag Hotel & Spa və Pik Palace Shahdag hotellərində isə qiymətlər daha yüksəkdir. Bayram günləri üçün 3 gecəlik paketlərin qiyməti otaq növündən asılı olaraq 1200-2000 AZN-ə qədər yüksələ bilər.
Naftalan şəhərində fəaliyyət göstərən Garabag Resort & Spa və Chinar Hotel & Spa Naftalan hotellərində də Novruz proqramları təşkil olunur. Bu hotellərdə bayram paketləri orta hesabla 700-1300 AZN civarındadır.
Novruz dövrü turizm sektoru üçün ilin ən aktiv mövsümlərindən biri hesab olunur və bayram günlərində hotellərdə qiymətlər adi günlərlə müqayisədə daha yüksək olur. Qeyd edilir ki, yerlərin məhdud olması səbəbindən qiymətlərin son günlərdə daha da artması mümkündür.//milli.az
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












