BDYPİ-nin şöbə rəisi: “Sürət həddinin endirilməsi ölüm hallarını azaldacaq”

Sürət həddi istəkdən irəli gələrək deyil, tələbatdan irəli gələrək təyin edilir. Avropanın bir çox ölkələrində sürət həddinin 30 km/saata endirilməsi İsveçdə yaradılmış “Vision Zero” proqramından (sıfır ölüm) irəli gəlir.
Bu fikirləri AzTV-nin efirində yayımlanan “Çıxışa doğru” proqramında qonaq olan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Rövşən Tağıyev son dövrdə qəzaların artmasının səbəblərindən danışarkən deyib.
O bildirib ki, aparılan testlər nəticəsində müəyyən edilib ki, 30 km/saatla hərəkət edən nəqliyyat vasitəsi piyadaya dəysə, piyadanın sağ qalma ehtimal 95%-dən yüksəkdir. Eləcə də 50 km/saatla hərəkət edən nəqliyyat vasitəsində təhlükəsizlik kəmərindən istifadə edən sərnişinlərin yol ayrıclarında yandan vurma zamanı sağ qalmaq şansı 95%-dən çoxdur. Eyni zamanda 70 km/saat sürətlə hərəkət edən iki nəqliyyat vasitəsi qarşı-qarşıya toqquşarsa, sərnişin və sürücünün təhlükəsizlik kəmərindən istifadə etdiyi halda sağ qalmaq şansı 95 faizdir”. (oxu.az)
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












