Bəhram Bağırzadənin səhhəti ilə bağlı son durum açıqlandı

“Bəhram Bağırzadə hələ də Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsində ECMO aparatına qoşulu vəziyyətdədir. Səhhətində heç bir irəliləyiş yoxdur, sadəcə gözləmək lazımdır”.
Bunu əməkdar artist Bəhram Bağırzadənin həyat yoldaşı Şəhla Bağırzadə deyib.
O bildirib ki, həyat yoldaşına təcili ağciyər köçürülməsi məsələsi hələlik müzakirə olunmur.
Mərkəzi Gömrük Hospitalının “Elmi Təcrübi və Tədris Mərkəzi”nin rəisi Rəşad Mahmudov isə bildirib ki, əməkdar artist ECMO cihazına bağlandıqdan sonra son sutkada xəstəliyin dinamikası az da olsa stabilləşib və müsbət gedişat qeydə alınıb: “Ağciyər xaricindəki digər orqanlarının funksiyalarının normaya dönməsi, laborator analizlərində mənfiləşmənin olmaması, eləcə də ağciyərlər aldığı zədədən dolayı funksiyasını göstərə bilmədiyi halda ECMO sayəsində hazırda bədənin oksigenləşməsi ilə əlaqədar hər hansı problemin olmaması ümidvericidir. Bəhram Bağırzadənin səhhəti ilə bağlı məsələlər yerli və xarici ekspertlərlə gündəlik olaraq müzakirə olunur. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban Əliyeva ilk gündən məsələni şəxsi nəzarətinə götürüb, əməkdar artistin müalicəsi üçün lazımi preparatlar təmin edilib”. (“Report”)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











