Benzinlə işləyən avtomobilə dizel vuruldu: Maşın sahibi ziyana düşdü - VİDEO

Benzinlə işləyən avtomobilə dizel yanacağı vurulub. Hadisə paytaxt sakini Paşa Quliyevin başına gəlib. Sürücü iddia edir ki, Qazaxdan-Bakıya gələrkən magistral yolun kənarında yanacaqdoldurma məntəqələrindən birinin operatoru avtomobilinin yanacağını səhv vurub. Bu da onun külli miqdarda zərərə düşməsi ilə nəticələnib. Sürücü deyir ki, həmin ərazi uzaq olduğundan hələ ki, bu barədə onlara məlumat verə bilməyib. Paşa Quliyev avtomobili təmirdən çıxdıqdan sonra mütləq həmin əraziyə gedib YDM- rəhbərliyinə bu barədə məlumat verəcəyini bildirib.
Bəs benzin mühərrikli avtomobilə dizel yanacağı vurulduqda avtomobilin hansı detallarını sıradan çıxarır?
Usta Sahil Ağabəyli hesab edir ki, yanacağın səhv vurulması sürücülərə minumum 200, maksimum 5 min manata yaxın zərər vura bilər.
Hüquqşünaslar isə bildirirlər ki, sürücü belə olduqda əvvəlcə yanacaqdoldurma məntəqəsinə müraciət etməlidir. Əgər dəymiş zərəri geri ala bilmirsə, servisdə çəkdiyi xərcin qəbzi ilə məhkəməyə müraciət edib bunu təmin edə bilər.
Daha ətraflı videomaterialda.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












