BNA "BakıKart”la bağlı yaranmış problemi həll edib

Sərt karantin rejimi çərçivəsində metro stansiyalarının fəaliyyətinin dayandırılması ilə sərnişinlərin “BakıKart”ın balansını artırmasında müəyyən çətinliklər müşahidə olunub.
Bu barədə Avtosfer.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Məlumata görə, çoxsaylı vətəndaş müraciətləri nəzərə alınaraq məsələnin operativ həlli istiqamətində tədbirlər görülüb. Bakı Nəqliyyat Agentliyi, "Bakı Metropoliteni" QSC, “BakıKart” və MilliÖn şirkətlərinin rəhbər şəxsləri arasında videokonfrans formatında görüş keçirilib. Müzakirlərin yekunu olaraq sərnişin tələbatı çox olan metrostansiyalarının vestibüllərinin yalnız ödəmə terminallarından istifadə üçün açılmasına qərar verilib.
Qərara alınıb ki, iyulun 15-dən etibarən səhər və axşam pik saatlarında daha çox sərnişin tələbatı olan istiqamətlərdə metronun bəzi stansiyalarının vestibülləri ödəmə terminallarından istifadə üçün açılsın. Qrafikə əsasən saat 06:30-dan 12:00-a qədər “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “Neftçilər”, “Qara Qarayev”, “Azadlıq”, “20 Yanvar” stansiyalarının metroları, saat 16:00-dan 20:30-a qədər isə “20 Yanvar”, “Nizami”, “Gənclik”, “N.Nərimanov” stansiyalarının vestibülləri yalnız ödəmə terminallarında istifadə üçün açıq olacaq.
Vestibüllərdə sərnişinlərin maskadan istifadə və sosial məsafənin gözləniləməsi qaydalarına riayət etməsi üçün müvafiq tədbirlər görülür. Sərnişinlərdən “BakıKart”ın balansını artırmaqla bağlı işlərini planlı qurmalarını xahiş edirik. Əvvəlcədən tədbirli davranış lüzumsüz vaxt itkisinə məruz qalmamaq, eləcə də pandemiya dövründə yolxuma riskini minimuma endirmək baxımından əhəmiyyətlidir.
Videokonfransda avtobus dayanacaq məntəqələrindəki ödəmə terminallarındakı yaranan texniki nasazlıqlar və onların həlli məsələləri də müzakirə edilib. Bildirilib ki, hazırda sərt karantin rejiminə uyğun olaraq, “BakıKart” və “MilliÖn” şirkətlərində ümumi əməkdaşların 50%-i çalışır. Buna baxmayaraq, hər iki operator işini xüsusi rejimdə quraraq ortaya çıxan texniki nasazlıqların qısa vaxtda aradan qaldırılmasına səy göstərir.
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










