BNA: Yaxın 3 ildə Bakının avtobus parkı tam yenilənəcək

Bakı şəhərində fəaliyyət göstərən sərnişin avtobuslarının 40%-ə yaxını yenilənib və hər il 300 avtobus gətirilməklə yaxın 3 ildə parkın yenilənməsi 100%-ə çatdırılacağı planlaşdırılır. Avtosfer.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib. Onun sözlərinə görə, ümumilikdə, son beş il ərzində 855 avtobus yenilənib ki, bunlardan 600-ü xarici ölkələrdən gətirilib. “Daşıyıcılar tərəfindən də Bakı Nəqliyyat Agentliyinin tələbləri əsasında 295 müasir avtobus gətirilib. Gətirilən yeni avtobuslar təbii qazla (STQ) işləyir. Son zamanlar qəsəbələrdə bəzi evlərin yollara yaxın tikilməsi yol infrastrukturunda bir az çətinliklər yaradıb. Biz bu ilin doqquzuncu ayından sonra qəsəbələri onların yol ölçülərinə, dönmə dərəcələrinə görə mərhələli şəkildə avtobuslarla təmin edəcəyik. Çünki 12 metrlik avtobuslar bəzi qəsəbələrin yollarında hərəkət edə bilmir. Bu il alınacaq 415 avtobusdan 115-nə sifariş verilib, 300-ü isə tenderə çıxarılacaq. Orada biz 8 və 9 metrlik avtobuslar da nəzərdə tutmuşuq ki, qəsəbələrətrafı və qəsəbələrdaxili hərəkət üçün daha təhlükəsiz, onların yoluna uyğun olsun”, - deyə V. Kərimli qeyd edib.
BNA-nın sədri əlavə edib ki, bu ilin mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. Bu avtobusların qəsəbələr istiqamətində xətlərə buraxılması nəzərdə tutulur.
Onun sözlərinə görə, Agentlik qəsəbələrdə kiçik hablar yaratmaq niyyətindədir və bu hablar, dairəvi dəmir yolunun ətrafında yaradılması planlaşdırılır ki, onlar bir-biri ilə əlaqəli olsun.
“Vətəndaş haba gələndən sonra şəhərə istəsə dəmir yolu ilə, istəsə də avtobusla gedə biləcək”, - deyə V. Kərimli qeyd edib.
Bundan başqa, Agentliyin rəhbəri bildirib ki, bu il parkinqlə əlaqədar bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq məsləhət xidmətlərini cəlb olunub ki, Bakı şəhərində parkinq məsələsi nəinki infrastruktur cəhətdən, eyni zamanda, iqtisadi baxımdan analiz olunsun.
“Çünki şəhər zonalara bölünməlidir. Bunun gecə vaxtları var. Şəhərdə tıxac olan vaxtlarda açıq yolları analiz edib harada neçə yeraltı parkinqmi, küçə parkinqimi, yoxsa, xüsusilə Molların və insanların yaşadığı əsas yerlərdə modul parkinqlər tikilməlidir və onların tarifləri olmalıdır. Şəhər mərkəzinin tarifi fərqli qiymətdə olmalıdır. “B” zonası fərqli qiymətdə olmalıdır”,- deyə V. Kərimli bildirib.
O həmçinin bununla əlaqədar olaraq Agentlik bu ilin ilk yarısının yekununda görülən işlərin nəticələrinə dair digər müvafiq qurumlarla birgə hesabat hazırlayıb ölkə rəhbərliyinə təqdim ediləcəyini qeyd edib.
NİİM yeni tədris ili ilə bağlı sürücülərə müraciət etdi - FOTO
Taksi sürücüləri uşaqlı sərnişinləri daşımaqdan niyə imtina edirlər? - VİDEO
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT










