“Boeing” təyyarə qəzalarına görə 1,1 milyard dollar ödəyəcək

ABŞ-ın “Boeing” şirkəti 2018-2019-cu illərdə iki “737 MAX” təyyarəsinin qəzası ilə bağlı məhkəmə çəkişmələrindən yayınmaq üçün 1,1 milyard dollar ödəyəcək.
Avtosfer.az xəbər verir ki, Qiymətli Kağızlar və Birja Komissiyasının (SEC) saytındakı məlumata görə, ABŞ Ədliyyə Nazirliyi ilə razılaşma sazişi şirkətin uyğunluq, təhlükəsizlik və keyfiyyət proqramlarını gücləndirmək üçün 455 milyon dollar yönləndirməsini nəzərdə tutur.
“Boeing” həlak olanların ailələrinə 444,5 milyon dollar ödəyəcək. O, həmçinin 487,2 milyon dollar cərimələnib, lakin bu məbləğin yarısını artıq 2021-ci ildə ödəyib.
Razılaşma sayəsində şirkət təyyarə qəzaları ilə bağlı iyunun 23-də başlaması planlaşdırılan məhkəmə prosesindən yayınacaq. Xatırladaq ki, iki təyyarə qəzası nəticəsində 346 nəfər həlak olmuşdu.
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA
Küləkli havada sürücülər nələrə diqqət etməlidir? – MÜTƏXƏSSİS
Küləkdə ölüm və xəsarət olmaması üçün nə edək? – AÇIQLAMA
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib












