Bölgələrdən paytaxta sərnişin daşıyan sürücülər həbs edildi - FOTO

Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta, eləcə də əks istiqamətdə sərnişinlərin hərəkətinə şərait yaradan sürücülər polis əməkdaşları tərəfindən saxlanılıblar.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Ağstafa rayon sakini Pərvin Tatarov və onun həmyerlisi “AzərEmo” MMC-nin rəhbəri Elkin Xasməmmədov tutulub.
Araşdırma zamanı məlum olub ki, Elkin Xasməmmədov pul müqabilində təsisçisi olduğu şirkətin adından Pərvin Tatarovun paytaxta gətirdiyi sərnişinləri icazə portalından qanunsuz olaraq qeydiyyatdan keçirib. Bununla da hər iki şəxs xüsusi karantin qaydalarını pozublar.
Polis əməkdaşlarının həyata keçirdikləri daha bir tədbir zamanı isə karantin qaydalarını pozaraq Bakı şəhərindən Astara rayonuna sərnişin daşımaqla məşğul olan İmran Qəhrəmanov saxlanılıb. Bu şəxs rayon qeydiyyatında olan yaxın qohumlarının şəxsiyyət vəsiqələrini götürərək karantin postunda guya həmin adamları apardığını bildirib və polis əməkdaşlarını aldatmağa cəhd göstərib. Araşdırma zamanı isə onun sərnişinlərinin şəxsiyyət vəsiqələrini təqdim etdiyi şəxslər yox, qeydiyyatı paytaxta olan başqa insanların olduğu məlum olub.
Hər 3 şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Karantin qaydalarını pozan Pərvin Tatarov, Elkin Xasməmmədov və İmran Qəhrəmanov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Namiq Musayev




Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











