“Bolt” ƏDV-ni sərnişinlərin cibindən tutur: Səbəb nədir? - AÇIQLAMA

“Bolt” taksilərində olan narazıçılıqla bağlı rəsmi orqana müracət edilib.
Avtosfer.az xəbər verir ki, “Bolt” şirkəti tərəfindən göstərilmiş xidməti sərnişinlər tərəfindən birmənalı qarşılanmır. Şirkət tərəfindən göstərilmiş xidmətin bank kartı vasitəsi ilə ödədikdən müştəridən əlavə olaraq ƏDV tutulur. Bu məbləğ xidmət haqqından əlavə hesablanır.
“Bolt” şirkətinə ünvanladığımız “Bəs şirkət bu narazılıqla bağlı hansı işləri görür? Rəsmi qurumlardan “Bolt”a xəbərdarlıq edilibmi?” suallarını “Bolt” şirkətinin Azərbaycanda səfər sifarişləri şöbəsinin rəhbəri Naim Əzizov belə cavablandırdı. “Azərbaycanda Bolt xidmətinin istifadəçiləri səyahət zamanı kartla ödəniş edərkən qiymətin 18% baha olması faktı ilə qarşılaşırlar. İstifadəçilərimizin üzləşdiyi narahatçılığı başa düşürük, lakin qeyd etməliyik ki, bu 18% sürücünün istifadə etdiyi kartın aid olduğu bank tərəfindən tutulur. Bu, vergi orqanları tərəfindən banklara tətbiq edilən vergi tənzimləməsidir. Azərbaycan banklarının qanunvericiliyinə görə, xarici ödənişlər üçün 18% ƏDV tutulur. Buna görə sürücülərin tətbiqdə gördükləri qiymət son qiymətdən fərqlidir və bu Qaydalar və Şərtlər Bölməsinin 1.2-ci bəndində əhatə olunur.”
Nurlan Sakitoğlu
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












