Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA

Son 10 ildə Böyük Britaniyada altı baş nazirin dəyişməsi ölkənin siyasi sisteminin dayanıqlılığı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Avtosfer.az xəbər verir ki, son illər Britaniyada hökumət rəhbərlərinin tez-tez dəyişməsi həm siyasi dairələrdə, həm də cəmiyyət arasında müxtəlif suallar doğurur.
Bəs bu, Britaniya siyasi sistemində dərin problemlərin göstəricisidir, yoxsa parlament demokratiyasının normal işləmə mexanizmidir?
Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avosfer.az-a açıqlamasında bildirib ki, Böyük Britaniyada monarxiyanın fəaliyyət mexanizmi tarixən demək olar ki, eyni prinsiplər əsasında qurulub:

"Ölkə parlament üsul-idarəsi ilə idarə olunsa da, monarxiyanın da özünəməxsus səlahiyyətləri mövcuddur və müəyyən hallarda siyasi proseslərə təsir imkanları qalır. Son illərdə Böyük Britaniyada baş nazirlərin tez-tez dəyişməsi isə daha çox sosial-iqtisadi və siyasi problemlərlə əlaqələndirilir. Bu vəziyyəti birbaşa siyasi qeyri-sabitlik kimi qiymətləndirmək düzgün olmazdı. Britaniya cəmiyyəti sosial və iqtisadi məsələlərə olduqca həssas yanaşır. Əhalinin rifahı, yaşayış səviyyəsi və sosial təminatı ilə bağlı problemlər yarandıqda hökumətə qarşı narazılıq sürətlə artır və bu da siyasi rəhbərlikdə dəyişikliklərə səbəb ola bilir. Diqqət çəkən məqamlardan biri də odur ki, Böyük Britaniya Avropa İttifaqının tərkibində olduğu dövrdə belə hallara daha az rast gəlinirdi. Həmin dövrdə ölkə daha sabit iqtisadi xətt üzrə inkişaf edir, Avropa İttifaqının iqtisadi və siyasi sisteminin verdiyi üstünlüklərdən yararlanırdı. Avropa İttifaqı da həmin illərdə kifayət qədər güclü mövqeyə malik idi və üzv ölkələrdə iqtisadi sabitlik daha aydın hiss olunurdu".
Politoloq qeyd edib ki, bu prosesin əsas səbəblərindən biri Böyük Britaniyanın Avropa İttifaqı ilə münasibətlərində yaranan dəyişikliklər, xüsusilə də Brexit prosesidir. Digər tərəfdən, ölkə daxilində artan sosial və iqtisadi problemlər də hökumətlərin fəaliyyətinə və siyasi sabitliyə təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilə bilər.
Fatimə Dadaşova
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar












