BTQ dəmir yolunun faydalı şəkildə istifadəsi üçün Azərbaycanla bərabər addımlar atılacaq - Ərdoğan

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin ən faydalı şəkildə istifadəsi üçün Azərbaycanla bərabər irəli addımlar atılacaq. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə Bakıda keçirilən hərbi paradda çıxışı zamanı deyib.
Türkiyə lideri qeyd edib ki, ölkəsi Cənubi Qafqaz regionunda təsis ediləcək yeni marşrutların, daşıma və enerji ötürmə imkanlarının artırılmasını arzulayır:
"Hava limanlarının, yolların, körpülərin, tunellərin, evlərin inşasını yerində gördük. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın nələri bacara biləcəyinə yaxından şahidlik etdim. Qarabağ möhtəşəm gözəlliyi ilə yenidən bölgənin parlayan ulduzu olacaq. Biz də Azərbaycana lazımi bütün dəstəyi verəcəyik. Can Azərbaycanla ikili əməkdaşlıqla yanaşı, Türk dövlətləri səviyyəsində birliyimizi gücləndiririk".
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












