Bu avadanlıqlar gömrük rüsumundan ona görə azad edilib ki... - AÇIQLAMA

Azərbaycanda bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalında istifadə olunan texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı gömrük rüsumlarından azad edilib.
Bəs bu, həmin avadanlıqların ölkəmizdəki qiymətlərinə necə təsir edəcək?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə əlaqədar enerji məsələləri üzrə ekspert İlham Şaban Redaktor.az-a açıqlamasında bildirdi ki, ölkəmizdə yaşıl enerji və yaradılan infrastruktur üçün transformatorlar, xüsusi avadanlıqlar, həmçinin yaşıl enerji istehsalı üçün bütün ləvazimatlar idxal vergisindən azad edilib:
"Ona görə ki, investorun, sərmayəçinin üzərinə böyük güc düşməsin və Azərbaycanda əlverişli mühitin olduğunu görüb, bu sahəyə xarici investorlardan maraq artsın. Burada həcm çox kiçikdir. Bizdə ildə 25 milyard kilovat saat elektrik enerjisi istehsal olunur. Onun 500 milyonu yaşıl enerjidir".
Ekspert əlavə etdi ki, məişət üçün nəzərdə tutulan günəş panelləri onsuz da gömrük vergilərindən azaddır və son zamanlar qiymətləri ucuzlaşıb.
Sürücülərin DİQQƏTİNƏ: Cəriməni belə ləğv etdirə bilərsiniz
Azərbaycandakı hər 10 avtomobildən 4-ü Bakıda qeydiyyatdadır – STATİSTİKA
Bu yollarda tıxac var - SİYAHI
Trampdan İlham Əliyevə xüsusi dəvət
Mehdiyevin kitabları kitabxanalardan yığışdırılır - YOXLAMALAR BAŞLANILDI
Oxucuların diqqətinə: Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesablarını izləyin
Mərkəzi Asiyadan Azərbaycana yeni enerji axını mümkündürmü? - AÇIQLAMA
Avtomobillə işə gedənlərin NƏZƏRİNƏ!
İlham Əliyev İspaniya Kralına başsağlığı verib
Azərbaycanda mikrokredit bazarı genişlənir: Vətəndaşları nə gözləyir?
Dərsə və işə gedənlərin PROBLEMİ - M6 avtobusu niyə 40 dəqiqə gecikir? - VİDEO












