Bu avtomobil sahibləri diqqətli olun! - Yollar buz bağlayacaq - FOTO

"Bakıda yolların buz bağlaması səbəbindən ötən gecə bir neçə yük avtomobili yolda qalıb".
Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yük avtomobillərinin sürücülərinə müraciətində bildirilib.
"Proqnozlara əsasən bu gün və qarşıdakı günlərdə yolların buz bağlaması ehtimalı var. Müşahidələr göstərir ki, havanın qarlı və yollarda buzlaşmanın olduğu gündən bu vaxta qədər Bakı-Sumqayıt şosesi, Ziya Bünyadov prospekti və Bakı dairəvi yolunda daha çox yük avtomobillərinin hərəkətində problemlər yaranır. Əksər hallarda hərəkət mümkünsüz olduğundan (nəqliyyat vasitələri sürüşdüyündən) qəzalar baş verir, bu avtomobillər yollarda qalır və nəqliyyat sıxlığı yaranır. Belə nəqliyyat vasitələrinin sürücüləri yola çıxmazdan əvvəl yolların buz bağlayacağını nəzərə almalı və nəqliyyat vasitəsinin texniki sazlığına diqqət yetirməlidirlər", - deyə müraciətdə qeyd olunub.
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı
Tramp, Putin və Su Cinpin Çində görüşəcək; nələr müzakirə ediləcək? - POLİTOLOQ
Ağac avtomobilin və ya evin üzərinə aşanda zərəri kim ödəyəcək? – EKSPERTDƏN AÇIQLAMA















