Bu da Zəngilan Konqres Mərkəzinin tikilmə anları - FOTO - VİDEO

Zəngilan Konqres Mərkəzi kompleksinin ilk gündən son günə kimi tikilmə prosesini nümayiş etdirən timelapse videosu yayılıb.
Avtosfer.az xəbər verir ki, videoda Mərkəzin Oxçuçay sahilində yerləşməsi, işin qısa müddətdə başa çatıdılması üçün istifadə olunan resurslar və s. barədə məlumatlar qeyd olunur.
Zəngilan şəhərinin mərkəzində yerləşən bu kompleksin açılışı Prezident İlham Əliyevin iştirakı ilə 28 sentyabr 2023-cü ildə baş tutub.
Ərazisi 2,2 hektar olan Zəngilan Konqres Mərkəzi Kompleksi iki hissədən ibarətdir. Kompleksə daxil olan 600 yerlik korpusda ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün müasir standartlara uyğun şərait yaradılıb. Digər korpusda isə kiçik həcmli müxtəlif çoxfunksiyalı tədbirlərin keçirilməsi üçün zal, mətbəx və VIP otaqlar mövcuddur.
Zəngilan Konqres Mərkəzi Kompleksi yerli və xarici mütəxəssislər cəlb olunmaqla altı ay ərzində inşa edilib.
Gələcəkdə bu mərkəzdə ölkə və beynəlxalq əhəmiyyətli müxtəlif tədbirlərin keçirilməsi mümkün olacaq.
Videonu bu linkdən izləyə bilərsiniz: https://www.youtube.com/watch?v=9Qqv94H7He0
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI















