Reklam

Bu dərmanlar əhaliyə pulsuz VERİLƏCƏK

Gündəm 3 Oktyabr 2024 19:39 Oxunub 318
Bu dərmanlar əhaliyə pulsuz VERİLƏCƏK
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bu gün Milli Məclisin Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyasında ilk iclası keçirilib.

Avtosfer.az APA-ya istinadən xəbər verir ki, iclası açan komitənin sədri Əhliman Əmiraslanov gündəliyin birinci məsələsi - Səhiyyə komitəsinin 2024-cü ilin payız sessiyası üçün iş planının layihəsini təqdim edib.

Sonra Əhliman Əmiraslanov gündəlikdəki qanun layihələrini təqdim edib.

Gündəliyin ikinci məsələsi -"Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi (birinci oxunuş) barədə danışan komitə sədri deyib ki, təklif olunan əlavə və dəyişikliklər əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaradacaq.

İclasda Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev qanun layihəsi barədə ətraflı məlumat verib. Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında "Əhalinin sağlamlığının qorunması haqqında" və "Tibbi sığorta haqqında" qanunlarında dəyişiklik edilməsi barədə" təqdim olunan qanun layihəsi əhalinin dərman vasitələrinə olan ehtiyaclarının maliyyə baxımından qarşılanması, əlçatanlığın və keyfiyyətin artırılması, habelə sığortaolunanların maraqlarının qorunmasına hüquqi zəmin yaratmaq üçün hazırlanıb. Vətəndaşlara göstərilən tibbi xidmətlərin təkmilləşdirilməsi və keyfiyyətinin yüksəldilməsinə bilavasitə rəvac verə edəcək bu layihədə sözügedən qanunlara bütövlükdə 80-dən çox mahiyyət xarakterli, eləcə də 100-dən artlq texniki, stilistik və redaktə xarakterli dəyişiklik təklif olunur. Çoxsaylı kəmiyyət dəyişikliyi və bu xüsusda dərman vasitələrinin pozitiv siyahısı, şərti kompensasiya məbləği kimi anlayışların milli qanunvericilikdə ilk dəfə təsbit olunması mütərəqqi dəyişikliklərin əhəmiyyətini sübut edir. Layihə hazırlanarkən dünya təcrübəsi, xüsusilə də bu sahədə aparıcı dövlətlərin normativ-hüquqi sənədləri öyrənilmiş və geniş şəkildə araşdırılıb. Beynəlxalq təcrübə araşdırılarkən müəyyən edilmişdir ki, ambulator dərman vasitələrinin təminatının həyata keçirilməsi bir neçə əsas aspektdən dəyərləndirilir. Ambulator dərman təminatının əhatə dairəsinin müəyyən olunmasında istifadə olunan əsas prinsiplər profilaktik və preventiv müalicənin təşkili, ağırlaşma hallarının və əhalinin səhiyyə xərclərinin azaldılmasıdır.

Bundan başqa layihədə icbari tibbi sığorta üzrə ambulator dərman vasitələrinin kompensasiya şərtləri (yeni 15-15.3-1-ci maddə), icbari tibbi sığorta çərçivəsində təminat verilən ambulator dərman vasitələrinin xidmətlər zərfi ilə müəyyən edilməsi, icbari tibbi sığorta fondu hesabına ambulator dərman vasitələrinin təminatı kimi məsələlər öz əksini tapıb:

"Həmçinin qeyd edim ki, ambulator şəraitdə verilən dərman vasitələrinin icbari tibbi sığorta təminatına alınmasında əsas məqsəd əhalinin müxtəlif xəstəliklər üzrə ağırlaşma halları olmadan, stasionar yatış yaxud cərrahi əməliyyata alınmadan müalicə almasını təmin etməkdir. Belə ki, vətəndaşlar ambulator müalicə alarkən dərmanlarını da tibbi sığorta vasitəsilə əldə edəcək və icbari tibbi sığortanın əsas məqsədlərindən olan əhaliyə keyfiyyətli və əlçatan tibbi xidmətin göstərilməsi təmin olunacaq: "Sizlərə təqdim olunan qanun layihəsi də bütün bu sistemli islahatların tərkib hissəsidir. Əlavə olaraq qeyd etmək istərdim ki, layihə əhalinin dərman vasitələri ilə təchizatının icbari tibbi sığorta çərçivəsində təmin edilməsi üçün mərhələli şəkildə keçidlə bağlı hazırlanıb".

Sonra komitə sədri Əhliman Əmiraslanov gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Sosial sığorta haqqında" və "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının qanununun layihəsi barədə məlumat verib, təklif olunan dəyişikliklərin mahiyyəti barədə danışıb.

Müzakirələrdən sonra layihələr parlamentin plenar iclasına tövsiyə edilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh