Bu göllərdə çimmək təhlükəlidir - SƏBƏB - FOTO

Ölkəmizdə turizm mövsümünün qaynar vaxtıdır. Göygöl, Maralgöl, Batabat gölü və digər təbiət möcüzələrinin də ətrafı turistlə dolub daşır. Təbii ki, turistlərdən kiminsə bu su hövzələrində çimmək həvəsi yaranır. Lakin çimməzdən əvvəl aşağıdakı məqamlara da diqqət edək.
Avtosfer.az-ın xəbərinə görə, dağ göllərində çimmək böyük risk faktorudur. Suyun temperaturu yayda belə aşağı olduğu üçün dağ gölündə çimmək böyük enerji tələb edir, çox vaxt da hipotermiyaya (aşağı temperaturun təsiri) səbəb olur. Suyun altı və üstü ilə temperatur fərqi kəskin olduğundan axınlar da sürətli olur. Göllərin dibi və hüdudları zəif olduğu üçün də batma riski yüksəkdir. Ən əsası, dağ göllərinin yerləşdiyi ərazilərdə hava şəraiti anidən pisləşə bilir.
Lakin ən əsası başqadır. Dağ göllərinin spesifik fauna və florası mövcuddur. Suda çimmək gölün hüdudlarını korlaya bildiyi kimi ekosistemə də zərər vurur. Həm də ən əsası, sabun, şampun, bədənə sürtülən krem və dərmanlar da göldəki canlılara təhdid yaradır. Bir sözlə, həm təbiəti, həm də öz sağlamlığını qorumaq istəyən şəxs dağ göllərində çimməkdən çəkinməlidir.
Vüqar
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA














