Bu hallarda təcili tibbi yardım çağırışa getməyə bilər - SİYAHI

Dövlət tibb müəssisələri tərəfindən göstərilən təcili tibbi yardım xidmətləri tamamilə ödənişsiz həyata keçirilir. Avtosfer.az-ın "Baku.ws"ə istinadən məlumatına görə, bu xidmət yalnız təcili və təxirəsalınmaz hallarda çağırılmalıdır. Vətəndaşlar çox vaxt təcili yardım xidmətinə aid olmayan müraciətlər edirlər ki, bu da real həyati təhlükə vəziyyətində olan xəstələrə çatma müddətini uzada bilər.
Aşağıdakı hallarda təcili tibbi yardım çağırışa getmir:
Sahə və ya ailə həkimi tərəfindən aparılmalı olan planlı müalicə və prosedurlar (inyeksiya, "sistem köçürülməsi", sarğı, xəstəlik vərəqəsinin verilməsi),
Stomatoloji (diş) yardımı ilə bağlı müraciətlər,
Pasiyentin öz istəyi ilə bir tibb müəssisəsindən digərinə daşınması,
Xəstəxanada tibbi xidmət aldıqdan sonra pasiyentin evə aparılması,
Vəfat etmiş şəxslərin daşınması,
Ev heyvanlarına tibbi yardım göstərilməsi.
Qeyd edək ki, evdə tibbi xidmət yalnız sığortaolunan şəxsin təhkim olunduğu ailə həkimi tərəfindən, təcili və təxirəsalınmaz vəziyyətlərdə isə təcili yardım briqadası tərəfindən həyata keçirilir.
İcbari Tibbi Sığorta sisteminin məqsədi səhiyyə sahəsində maliyyələşmə mexanizmlərini yeniləyərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini və əlçatanlığını artırmaqdır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












