Bu həftə Yer üzünə peyk düşəcək - FOTO

Bu həftə istismar müddəti bitmiş kosmik peykin Yerə təhlükəsiz şəkildə qaytarılması üzrə tarixdə ilk əməliyyat baş tutacaq.
Əməliyyat uğurla tamamlanarsa, bu, gələcəkdə digər kosmik avadanlıqların təhlükəsiz şəkildə geri qaytarılması üzrə eranın başlanğıcı olacaq.
Avropa Kosmik Agentliyi (ESA) “Aeolus” peykini təhlükəsiz şəkildə orbitdən çıxarmağı planlaşdırır. Peykin iyulun 28-də planetin atmosferinə daxil olması gözlənilir, lakin onun qaytarılması missiyasına artıq iyulun 24-də başlanılıb.
“Aeolus” 2018-ci ildən bəri Yerin orbitindədir. Peyk ilkin olaraq planlaşdırılan müddətdən daha çox istismarda olub, lakin missiya yalnız 2023-cü ildə, peykin yanacağı bitdiyi zaman dayandırılıb. O vaxtdan bəri “Aeolus” sürətini artırır və yavaş-yavaş Yerə yaxınlaşır.
İyulun 24-də peyk planetin səthindən 280 kilometr hündürlüyə çatmalı idi ki, bu da ESA-ya qalan az miqdarda yanacaqdan istifadə etməklə cihazı təhlükəsiz şəkildə Yerə qaytarmaq missiyasına başlamağa imkan verib.
“Bizim gördüyümüz iş tamamilə unikaldır. Kosmik uçuşlar tarixində belə hallara rast gələ bilməzsiniz”, - deyə ESA-nın kosmik tullantılar şöbəsinin rəhbəri Holger Kraq bildirib.
Mənbə: ZN.ua
İlham Əliyev Livan Prezidenti Jozef Aunu təbrik edib
Prezidentin Vyetnama səfəri başa çatdı - VİDEO
Sürücülərin nəzərinə! - Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Tıxacın qarşısını almaq üçün təklif də vermişik, icra olunsa...
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR











