Bu nəqliyyat vasitələrində gedişhaqqı bahalaşacaq? - AÇIQLAMA

“Avtomobil nəqliyyatı haqqında” qanuna və digər qanunlara sərnişindaşıma ilə bağlı bir sıra dəyişikliklərin edilməsi təklif edilir. Dəyişikliklər Milli Məclisin 16 iyun tarixində keçirilən növbədənkənar iclasında birinci oxunuşda təsdiq edilib.
Avtosfer.az-ın məlumatına görə, dəyişikliklərlə həmçinin taksi avtomobillərinə və sürücülərinə dair bir sıra tələblər müəyyən edilir. Eyni zamanda taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin icazə alması nəzərdə tutulur. Cəmiyyətdə bu dəyişikliklərin taksi xidmətinin qiymətlərinə təsir edəcəyi barədə ehtimallar mövcuddur. Hətta taksi xidmətinin qiymətlərinin dövlət tərəfindən tənzimlənəcəyi barədə düşünənlər də var.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən hüquqşünas, nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov bildirib ki, dövlət bu tipli xidmətlərin qiymətini tənzimləmir.
“Qiymətləri tənzimlənən mallar və xidmətlərlə bağlı Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı var. Həmin siyahıda taksi xidməti yoxdur. Taksi qiymətinin dövlət tərəfindən tənzimlənməsinə də ehtiyac yoxdur. Amma sərnişindaşıma ilə bağlı qanunvericiliyə nəzərdə tutulan dəyişikliklər taksi xidmətinin maya dəyərinə təsir edəcək. Çünki dəyişikliklərdə taksi avtomobillərinə dair, sürücülərə dair ciddi tələblər var.
Misal üçün, dəyişikliyə əsasən, taksi xidməti göstərən avtomobil reysqabağı texniki yoxlamadan keçməlidir, sürücü reysqabağı tibbi müayinədən keçməlidir. Bu xidmətlərin də hamısı ödənişlidir. Bundan əlavə, taksi fəaliyyəti üçün icazə alınacaq, taksi aqreqatorları üçün icazə alınacaq. Bu icazələr də ödənişlidir. Bu dəyişikliklər qüvvəyə minəcəyi halda taksi xidmətinin maya dəyəri bahalaşacaq. Bu baxımdan taksi xidmətinin qiymətinin bahalaşacağı gözləniləndir”, - deyə Ə.Hüseynov əlavə edib.
O əlavə edib ki, bu yeniliklərin doğuracağı nəticələri cəmiyyət 2024-cü ilin əvvəllərindən hiss etməyə başlaya bilər. “Amma bu yeniliklər o zaman uğurlu olacaq ki, ictimai nəqliyyatda illərdir yığılıb qalan problemlər həll olunsun. İctimai nəqliyyatda problemlər həll olunmadan taksi sahəsində hər hansı ciddi dəyişikliklərin gözlənilən nəticələri mümkün deyil”, - deyə ekspert vurğulayıb.
Nəqliyyat vasitələrinin daşınmasında yeni sistem tətbiq olunacaq
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI










