Bu şadlıq sarayları cərimələnəcək - İLGİNC SƏBƏB

Toy mərasimləri zamanı bəzən müştəri ilə restoran arasında əvvəlcədən razılaşdırılan menyu və xidmət şərtləri ilə faktiki təqdim edilənlər arasında fərqlər yaranır. Belə hallarda menyuda göstərilən içkilərin və markaların dəyişdirilməsi, yaxud masalarda əvvəlcədən razılaşdırılmış stul sayının azaldılması istehlakçı narazılığına səbəb olur. Məsələ istehlakçı hüquqlarının pozulması aspektindən də müzakirə olunur. Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı "Konkret.az"a danışan vəkil Ramil Süleymanov bildirib ki, menyuda göstərilən qiymətlərin toy zamanı dəyişməsi əsasən tələb-təklif münasibətləri ilə bağlı olur. Onun sözlərinə görə, bəzən qiymət artımı restoran tərəfindən əlavə xidmətlərin göstərilməsi ilə izah edilir, bəzi hallarda isə daha çox müştəri cəlb etmək məqsədilə əvvəlcədən endirimli qiymətlər təklif olunur. “Əsas məsələ ondan ibarətdir ki, toyla bağlı müraciət edən müştəriyə menyuda əvvəlcədən razılaşdırılmış yeməklər, soyuq qəlyanaltılar və içkilər təqdim edilməlidir. Əgər bu təmin olunmazsa, artıq istehlakçının hüquqlarının pozulması hesab olunur,” – deyə vəkil qeyd edib.
Ramil Süleymanov əlavə edib ki, belə hallarda müştəri məhkəməyə iddia ərizəsi ilə müraciət edərək vurulmuş zərərin ödənilməsini tələb edə bilər. “Bundan başqa, məhkəmə istehlakçı hüquqlarının pozulması faktını müəyyən edərsə, həmin restoran barəsində inzibati xəta işi də açılır. Nəticədə sahibkar inzibati qaydada cərimələnir,” – deyə o, vurğulayıb.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












