Bu tarixlərdə ardıcıl 7 gün iş olmayacaq

Mart ayında 8 qeyri-iş günü var.
Avtosfer.az xəbər verir ki, 2025-ci il üçün iş vaxtı norması və istehsalat təqvimində 8 Mart - Qadınlar Günü, 20, 21, 22, 23, 24 mart - Novruz bayramı, 30, 31 mart - Ramazan bayramıdır.
Belə ki, 8 Mart–Qadınlar Günü şənbə gününə təsadüf etdiyindən həftənin bazar ertəsi, yəni martın 10-da da (ardıcıl 3 gün) iş olmayacaq.
Martın 20, 21, 22, 23 və 24-də Novruz bayramı ilə əlaqədar qeyri-iş günüdür. Martın 22-si şənbə və 23-ü bazar gününə təsadüf etdiyindən ayın 25-də və 26-da da (ardıcıl 7 gün) iş olmayacaq. Bundan başqa, 30, 31 mart isə Ramazan bayramına təsadüf edir. 30 mart tarixi isə həftənin bazar gününə təsadüf etdiyindən 1 aprel tarixində də qeyri-iş günü olacağı gözlənilir.
Məlumat üçün bildirək ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə Nazirlər Kabinetinin qərarı da gözlənilir.
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI
Bakının bir sıra yollarında tıxac yarandı












