Bulvarda kirayələmədiyimiz skuteri orada sürə bilmərik? - İdarə susur - FOTO

Dənizkənarı Bulvarda kənardan gətirilən elektrikli skuter sürmək qadağan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Orxan Əkbərov adlı sosial şəbəkədə istifadəçisi məlumat paylaşıb.
O bildirib ki, dostu ilə birlikdə Neftçilər prospektində yerləşən mağazalarının birindən elektrik skuter kirayə götürüblər:
“Yeraltı keçidlə Dənizkənarı Bulvara keçdik, yeni bulvarda velosiped və skuterlər üçün ayrılmış yerə getdik. Elə təzə skuter sürməyə başlamışdıq ki, Dənizkənarı Bulvar İdarəsinin mühafizəsi hər addım başı bizi saxladı. Bizə bildirdi ki, skuteri bulvardakı kirayə yerindən götürmədiyimiz üçün burda sürməyə icazə yoxdur.
Bildirdim ki, skuter özümə məxsusdur. Mühafizə də əlavə etdi ki, bunu sübut etməliyəm. Yəni cibinizdə skuteri aldığınıza dair çeklə gəzməlisiniz”.
Məsələ ilə bağlı Dənizkənarı Bulvar İdarəsi ilə əlaqə saxlasaq da, cavab ala bilmədik.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












