Bulvarda skuterlərdən istifadə niyə qadağan edilib? - AÇIQLAMA

"İnsanlar nizamsızlıqdan şikayət edirlər. Bunu tənzimləmək lazımdır".
Bu fikri Musavat.com-a açıqlamasında nəqliyyat eksperti Rauf Ağamirzəyev deyib.
Ekspert qərarın əsassız olduğunu hesab edir: "Ərazisi 215.164 hektar, uzunluğu 16,7 km olan Bakı bulvarında 2,5 metr enlikdə velozolaq təşkil etmək bu qədərmi çətindir? Müasir dünya trendlərini qadağan etmək yox, əksinə təşviq etmək lazımdır. Vətəndaşların skuterdən istifadəsi mikromobilliyi təmin edir. Bulvar ərazisində əlverişli şərait var, niyə qadağa tətbiq olunur? Şəbəkəni genişləndirmək lazımdır. Bayraq meydanından başlayaraq zolaq salmaq olar. Bu zolaq olmadığına görə vətəndaşlar skuterləri xaotik idarə edirlər".
Ekspertin sözlərinə görə, son 3 ildə mikromobillik növlərinə maraq artıb: "Ekoloji cəhətdən əlverişlidir, rahatdır. Belə olduğu halda, nəyə görə qanunvericiliyə dəyişiklik etməyək? Qadağa doğru deyil. Şəhərin küçə və prospektlərində də velozolaq salmaq olar.
Məsələn, taksi ilə səfərlərin 30-35 faizini mikromobilliyə yönəldə bilərik".
Qeyd edək ki, bu günlərdə Bakıda skuter icarəsi ilə məşğul olan tətbiqlər öz müştərilərinə fəaliyyətlərini müvəqqəti dayandırmaları barədə bildirişlər göndəriblər.
Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, skuterlərin bulvar ərazisində hərəkəti ilə bağlı çoxsaylı şikayətlər daxil olduğundan bu nəqliyyat vasitələrinin istifadəsinə dünəndən qadağa qoyulub: "Bu qadağanın nə vaxt götürüləcəyi isə hələ məlum deyil".
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi












