“C5+1” Orta Dəhlizlə "Tramp Marşrutu"nun əlaqələrini gücləndirir

ABŞ, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan hökumətləri birgə bəyanat yayıb. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bəyanat “C5+1” formatının 10-cu ildönümü münasibətilə paylaşılıb. Bəyanatda Tramp marşrutunun regional tranzit əlaqələrinin inkişafında rolundan söz açılıb. Ölkələrin qarşıya qoyduğu məqsədlər arasında TransXəzər Ticarət Marşrutu (Orta Dəhliz) ilə bağlı maddələr var. Tərəflər təchizat zəncirinin əlaqəliliyini və dayanıqlılığını gücləndirmək məqsədilə Transxəzər Ticarət Marşrutunun potensialını tam şəkildə inkişaf etdirmək və onu "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRIPP) ilə birləşdirməklə, yüklərin, məlumatların və enerjinin "C5+1" ölkələri və dünya üçün təhlükəsiz hərəkətini təmin etmək, gömrük rejimlərinin uyğunlaşdırılması və şəffaflığının artırılması istiqamətində səyləri davam etdirmək, "C5+1" ölkələri arasında kommersiya və mədəni əlaqələri gücləndirmək üçün aviasiya əlaqəliliyini genişləndirmək və texnologiya, hasilat və digər sürətlə inkişaf edən sahələrdə təlimləri asanlaşdıran təhsil mübadilələri vasitəsilə kommersiya əlaqələrini möhkəmləndirmək və əmək qüvvəsinin peşəkarlığını dəstəkləmək barədə razılığa gəlib.
Qeyd edək ki, "C5+1" platforması 2015-ci ildə ABŞ, Qazaxıstan, Türkmənistan, Özbəkistan, Türkmənistan və Tacikistan arasında münasibətlərin yaxşılaşdırılması məqsədilə yaradılan platformadır.
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI
“Azərbaycançılıq İnstitu”nun yaradılması təklif edilir; hansı istiqamətdə fəaliyyət göstərəcək? - AÇIQLAMA
Təcili xidmətlər vahid nömrədə birləşdirilsə, operativlik artacaq – DEPUTAT
YAP-dan türkiyəli siyasətçilərin açıqlamalarına CAVAB
Vahid məktəbli forması ilə bağlı ibrətamiz TARİXİ NÜMUNƏ – AÇIQLAMA
Dünyada ən çox avtomobil istehsal edən ölkələr açıqlandı – SİYAHI
“Sea Breeze”dən “28 May”a, Bibiheybətdən “Əhmədli”yə – Bakıda tramvay planı
Magistral yollarda geriyə dönmə imkanları artırılmalıdır – TƏKLİF












