“Caliber” DSX helikopterinin qəzaya uğraması barədə: Hərbi ekspertlərin versiyaları - VİDEO

14 hərbçinin şəhid olması, daha iki hərbçimizin yaralanması ilə nəticələnən Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin qəzaya uğraması hadisəsi Azərbaycan ictimaiyyətində rezonans yaratdı.
Avtosfer.az xəbər verir ki, bu barədə "Caliber”in növbəti təhlilində qeyd olunub.
Layihə müəllifləri qeyd edir ki, faciə ilə bağlı rəsmi araşdırmanın nəticələrinin açıqlanmasını gözləməyən konspirologiya sevərlər sosial şəbəkələrdə qəzanın səbəbləri ilə bağlı müxtəlif, o cümlədən hadisədə xarici xüsusi xidmət orqanlarının əlinin olması kimi cəfəng versiyaları irəli sürüblər. Lakin Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin açıqlamasında qeyd olunub ki, helikopter təlimlərdə iştirak üçün Səngəçal aerodromundan havaya qalxıb və Qaraheybət təlim mərkəzinə eniş zamanı qəzaya uğrayıb.
"Caliber” isə öz mənbələrinə əsasən qeyd edib ki, ilkin ehtimala görə qəzaya səbəb əlverişsiz hava şəraiti olub.
"Caliber”in təhlilində həmçinin son illərdə bir çox ölkələrdə, o cümlədən qonşu dövlətlərdə baş vermiş helikopter qəzaları ilə bağlı məlumat da yer alıb.
Ətraflı videoda:
Sfera.az
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu yollarda tıxac var - SİYAHI
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA
Heyvanlara qarşı zorakılığın cəzası artırılacaqmı? – AÇIQLAMA
Bakıda mikromobillik üçün vahid şəbəkə nə vaxt yaradılacaq? – AÇIQLAMA
Bakıda torpaq 17 faiz bahalaşıb: Qiymətlər daha da arta bilərmi? – AÇIQLAMA
“Koroğlu” metrosu yaxınlığında yol örtüyü niyə yenilənmir? – AÇIQLAMA
Rəngli asfalt Bakının nəqliyyat sistemində nəyi dəyişə bilər? – ARAŞDIRMA
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevlə idmançı Əhməd Yusifovun səmimi söhbəti - VİDEO
Dərsdən çoxunu öyrədənlərin günü – 5 Oktyabr – FOTOSESSİYA












