Çatdırılma xərclərini artıran “Trendyol”la bağlı ŞOK AÇIQLAMA

“Trendyol” daşıma qiymətlərini bir neçə dəfə artırıb. Belə ki, əvvəllər alınan eyni məhsula bu gündən etibarən daha çox daşıma xərci tələb olunur. Ən aşağı desi (bir bağlamanın ümumilikdə ölçüsü - eni, uzunluğu) nəzərdə tutulur) qiyməti məhsulların əksəriyyətində 79,99 TL olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL arasında dəyişir. Bəs mövcud qiyməti artımı azərbaycanlı müştərilərin sayının azalmasına gətirib çıxara bilər?
Məsələ ilə bağlı “Yeni Sabah”a açıqlama verən iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, bahalaşma vətəndaşlarımıza ciddi təsir etməyəcək:
“Çatdırılma xərclərinin artırılması məncə o qədər də təsirli olmayacaq. Baxmayaraq ki, qiymətlərdə bir neçə manat artım var, amma yenə də, bu platforma qiymət cəhətdən əlverişlidir. Çünki vətəndaşlar buradan 300 dollara qədər məhsul alıb, ölkəyə vergisiz keçirə bilirlər. Ancaq sahibkar həmin malları yerli bazarda satışa çıxardıqda böyük bir məbləğdə vergi ödəyir. Bu, təxminən 35-36 faiz təşkil edir ki, 100 manatlıq hər hansı bir məhsulda 35, 50 manat olduqda isə 17 manata başa gəlir. Bütün sadalanan səbəblərə nəzər yetirəndə Azərbaycana çatdırılma üçün nəzərdə tutulan xərclərdəki bir neçə manatlıq cuzi artım məsələnin məğzini dəyişmir. Onlayn alışveriş platforması “Trendyol” yenə də vətəndaşlarımız üçün əlverişli olaraq qalmaqda davam edəcək”.
Ekspert vurğulayır ki, alışveriş platformasında alıcılara təqdim edilən üstünlüklər bu şəbəkəni həmişə gündəmdə saxlayır:
“Həm də burada nəzərə almaq lazımdır ki, sözügedən tətbiqin özünəməxsus üstünlükləri də var. Doğrudur, müəyyən çatışmazlıqlar mövcuddur. Lakin üstün cəhətlər daha çoxdur. Ən böyük üstünlük odur ki, bu kanal vətəndaşa komfort verir. Həmçinin, platformanın özünəməxsus rəqabət mexanizmi var. İnsanlara müqayisə imkanı verilir. Burada sürətli şəkildə alışveriş etmək mümkündür. Eyni zamanda alıcılara seçim üstünlükləri də təklif edilir. Bütün bunlar kanalda qaldığına görə, qiymətdə daşıma xərclərinin artmasına baxmayaraq, üstünlük qorunduğu üçün kanal adi qaydada fəaliyyət göstərməyə davam edəcək. Həmin səbəbdən alıcıların davranışında kəskin dəyişiklik gözlənilmir”.
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












