Cavanşir körpüsünün söküntüsü zamanı təhlükəsizlik nəzərə alınmayıb - VİDEO

Bu gün Bakının Xətai rayonunda yerləşən Cavanşir körpüsünün sökülməsi prosesi başlanılıb.
Oxu.az xəbər verir ki, hazırda ərazidə söküntü işləri davam edir.
Sözügedən ərazidə söküntü ilə məşğul olan işçilərin təhlükəsizlik qaydalarına əməl etməmələri və nəzarətsizlik məqamı vətəndaşları narahat edir.
Belə ki, fəhlələrin heç birinin başında qoruyucu kaska yoxdur.
Bundan əlavə, söküntü işinə cavabdeh olan şəxslər ətrafdan keçən sakinlərin təhlükəsizliyini də tam təmin etməyiblər.
Söküntü işləri aparılarkən mütləq qaydada nələr nəzərə alınmalıdır?
Məsələ ilə bağlı təhlükəsizlik eksperti Elmar Nurəliyev açıqlama verib.
O bildirib ki, tikinti və söküntü prosesi getdiyi zaman həmin ərazidə təhlükəsiz əmək şəraiti yaradılmalıdır.
"Orada çalışan işçilərin, kənardan keçən şəxslərin və ya nəqliyyat vasitələrinin təhlükəsizliyi tam təmin edilməlidir. Söküntü prosesində hər hansı dağılma, uçma ehtimalı, daş, metal və ya dəmir parçasının başqasına ziyan verə biləcəyi kimi ən xırda detallar nəzərə alınmalıdır. Çünki burada həm tikintidə çalışan şəxslərin, həm də digər insanların həyat və sağlamlıqlarından söhbət gedir.
Tikinti və söküntü zamanı həm fərdi, həm də kollektiv mühafizə vasitələrindən istifadə olunmalıdır. Fərdi mühafizə vasitələri - işçilərin gördüyü işin spesifikasına uyğun olaraq baş geyiminin olması, hündürlükdə işləyən zaman qoruyucu kəmərdən istifadə etmə, eynək, uniforma, xüsusi ayaq geyimidir. İşçilər hər biri bu mühafizə vasitələri ilə mütləq qaydada təmin olunmalıdırlar.
Kollektiv mühafizə vasitələri zamanı isə ərazinin çəpərə alınması, qoruyucu torların çəkilməsi, kənar şəxslərin əraziyə girişinin məhdudlaşdırılması kimi tədbirlər həyata keçirilməlidir. Qısa şəkildə qeyd etsəm, görüləcək iş tam təhlükəsiz hala gətirildikdən sonra söküntü işləri görülməli və ya görülməsinə göstəriş verilməlidir", - deyə E.Nurəliyev bildirib.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












