Cəlilabad körpü qəzalı vəziyyətə düşdü – Avtomobil aşmaqdan son anda qurtarıldı - FOTO - VİDEO

Son günlər leysan yağışların yağması Cəlilabad rayonunda da fəsadsız ötüşməyib.
Avtosfer.az məlumat verir ki, rayonun Vənlik kəndində çaya gələn sel yararsız vəziyyətə salıb.
Bununla da Vənlik kəndi ilə yanaşı, daha iki kəndin rayon mərkəzinə çıxışında çətinliklər yaranıb.
Sakinlərin bildirdiyinə görə, körpü müvəqqəti bərpa olunsa da, qəzalı vəziyyətə düşüb. Hazırda avtomobillərin hərəkəti bərpa edilib, lkin körpünün yenidən inşasına ehtiyac var.
Məsələ ilə bağlı məsul qurumdan bildiriblər ki, son güclü yağışdan sonra Vənlik kənd körpüsü qəzalı vəziyyətə düşdüyü üçün yaxın vaxtlarda körpünün yenidən qurulması nəzərədə tutulub.
Ətraflı süjetdə:
***
Cəlilabad rayonunun Vənlik kəndindəki körpü son yağışlardan sonra qəzalı vəziyyətə düşüb.
Avtosfer.az xəbər verir ki, bu barədə “Bizim.Media”ya yerli sakinlər məlumat veriblər.
Qeyd edək ki, Vənlik kəndi Cəlilabad rayonunun Ağdaş kənd inzibati ərazi dairəsinə daxildir və burada 400 nəfərdən çox əhali yaşayır. Kəndin körpüsü bu yaşayış sahəsinin digər məntəqələrlə gediş-gəliş əlaqəsini təmin edir.

Körpünün altından keçən son sel yağıntısından sonra buradan hər hansı avtomobilin keçməsi körpünün uçmasına, ən yaxşı halda yan istiqamətlərə sürüşüb aşa bilər.
Hazırda kənd əhalisi hər hansı fövqəladə hallar vəziyyətində daha çətin vəziyyətə düşə biləcəklərindən narahatdırlar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 46 saylı Yol İstismar Məhdud Məsuliyyətli Cəmiyyətindən bildiriblər ki, sözügedən körpünün qəzalı vəziyyətə düşməsi ilə bağlı artıq qrumun nümayəndələri baxış keçiriblər və təmir üçün lazım olan texnika həmin istiqamətə gətirilib və yağılar ara verən kimi təmir işləri aparılacaq.
Azərbaycanın dəmir yolu ilə yük ixracındakı artımın səbəbləri nələrdir? - DEPUTAT - FOTO
Rusiyada Azərbaycan diasporunun rəhbəri saxlanılıb - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakıda gedişhaqqında dəyişiklik: 1 saat ərzində limitsiz nəqliyyat
Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ - Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA










