Çin şirkətlərinin Bakının nəqliyyat sisteminin formalaşdırılmasında iştirakı müzakirə edilib - FOTOLAR

Çin şirkətlərinin Bakı şəhəri və ətraf ərazilərdə rahat, təhlükəsiz və ekoloji baxımdan səmərəli nəqliyyat sisteminin formalaşdırılmasında iştirakı müzakirə edilib.
Avtosfer.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, nazirin I müavini Anar Kərimov ölkəmizdə səfərdə olan Çin İxrac və Kredit Sığorta Korporasiyasının (Sinosure) və Çin Yol və Körpü Korporasiyasının (CRBC) nümayəndə heyətləri ilə görüş keçirib. Görüş Prezident İlham Əliyevin avqust ayında Çinə səfəri zamanı keçirilmiş görüşlərdə əldə olunan razılaşmaların davamı olaraq, iqtisadi və maliyyə sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsinə həsr olunub. Qeyd edilib ki, həmin yüksək səviyyəli səfər iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin, həmçinin infrastruktur və investisiya sahəsində tərəfdaşlığın daha da inkişafına mühüm təkan verib.
A. Kərimov ölkəmizdə nəqliyyat infrastrukturunun inkişafı, bu sahədə həyata keçirilən layihələr, o cümlədən "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan infrastruktur layihələri barədə məlumat verib.
Bildirilib ki, Bakı şəhəri və ətraf ərazilərdə rahat, təhlükəsiz və ekoloji baxımdan səmərəli nəqliyyat sisteminin formalaşdırılması, ictimai nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması və yol-nəqliyyat şəbəkəsinin daha səmərəli idarə olunması, regional miqyasda logistika əlaqələrinin şaxələnməsi hökumətin əsas prioritetləri sırasındadır.
Çin nümayəndə heyəti qeyd olunan layihələrdə iştirak etmək, eləcə də layihələrin texniki, mühəndislik, tikinti və maliyyə təminatı sahələrində əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlı olduqlarını ifadə ediblər.
Çin İxrac və Kredit Sığorta Korporasiyasının baş direktorunun müavini Çenq Tao Azərbaycanda son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur və nəqliyyat layihələrinin təkcə daxili deyil, həm də regional səviyyədə logistika əlaqələrinin şaxələnməsinə, beynəlxalq ticarət marşrutlarının rəqabət qabiliyyətinin artmasına və nəqliyyat axınlarının optimallaşdırılmasına mühüm töhfə verdiyini vurğulayıb. Bu baxımdan o, Azərbaycan ilə iqtisadi və infrastruktur sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Həftəyə tıxacla başladıq
İlham Əliyevin sosial şəbəkə hesablarına kiberhücumlar müşahidə olunur
Prezident İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
“Kəndlərdə əkin-biçin sahəsi qalmayıb, hamısı...” – Ekspert tıxacların səbəbindən danışdı
ABŞ və müttəfiqləri Çinin Yaxın Şərqdəki məsələlərdə vasitəçi olmasını niyə istəmir? – POLİTOLOQ
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Braziliyada rus dizelinə maraq göstərilmədi
Dublin görüşünün pərdəarxası: Bakı və İrəvan hansı razılaşmalara yaxınlaşır? - RƏY
Avropa ilə yeni əməkdaşlıq, Ermənistanla sülh: Dublində nələr müzakirə olundu? – AÇIQLAMA
Azərbaycanın qaz ixracında yeni hədəf: Avropaya nə qədər qaz satılacaq?














