Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklər qüvvəyə minib

Cinayət-Prosessual Məcəlləsinə bir neçə istiqamət üzrə edilən dəyişikliklər bu gündən qüvvəyə minib.
Avtosfer.az xəbər verir ki, Cinayət-Prosessual Məcəlləsinə dəyişikliklərin ilk istiqaməti Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanı ilə verilmiş tapşırıqların icrası ilə bağlı tədbirlərin davam etdirilməsi ilə əlaqədardır.
Ədalət mühakiməsinin əlçatanlığını və şəffaflığını daha da artırmaq məqsədilə həmin Fərmanda verilmiş tövsiyə və tapşırıqlara uyğun olaraq qanuna aşağıdakı dəyişikliklər edilib:
- “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təklif edilən dəyişikliklər;
- müasir informasiya-kommunukasiya texnologiyalarının üstünlüklərindən istifadə edilməklə, habelə xüsusi hallarda cinayət prosesinin videokonfrans əlaqə vasitəsilə davam etdirilməsini təmin edən dəyişiklikləri nəzərdə tutan yeni maddələrin əlavə edilməsi;
- məhkəmə icraatının obyektivliyini daha dolğun şəkildə təmin etmək üçün bütün məhkəmə iclaslarının fasiləsiz audioyazısının aparılması və protokolun məhkəmə iclasının audioyazısına uyğun tərtibi tələbinin müəyyən edilməsi.
Qeyd edilən istiqamətlər üzrə Cinayət-Prosessual Məcəlləyə dəyişikliklər bütövlükdə cinayət mühakimə icraatında innovativ üsullardan istifadə etməklə obyektivliyin və effektivliyin yüksəldilməsi, habelə məhkəməyə müraciət imkanlarının genişləndirməsi məqsədi ilə hazırlanıb.
Qanun layihəsində dəyişikliklərin ikinci istiqaməti cinayət mühakimə icraatında kassasiya şikayəti icraatının təkmilləşdirilməsindən ibarətdir. Eyni zamanda qeyd edilməlidir ki, layihə hazırlanarkən bütövlükdə Cinayət-Prosessual Məcəlləsinin hüquq normalarında dəqiqləşdirilmələr və uyğunlaşdırılmalar da aparılıb.
Qanun layihəsində dəyişikliklərin üçüncü istiqamətinə uyğun olaraq Cinayət-Prosessual Məcəlləyə Xarici dövlətlərin məhkəmələrinin hökmlərinin və ya digər yekun qərarlarının tanınması üzrə icraatın prosessual qaydalarını ehtiva edən yeni 59-cu fəsil əlavə edilib.
Qanunun bir sıra maddələri apelyasiya instansiyası məhkəməsinin bu Qanun layihəsi qüvvəyə mindikdən sonra çıxarılmış yekun qərarlarına münasibətdə tətbiq olunacaq.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












