COP29 zamanı Bakıda maşın sürmək qadağan ediləcək? - AÇIQLAMA

11-24 noyabr tarixlərində Bakıda beynəlxalq COP29 tədbiri keçiriləcək. Sözgügedən zaman kəsiyində tədbirlə əlaqədar, paytaxtda təxminən 90-100 min qonağın olacağı nəzərdə tutulur. Bununla əlaqədar paytaxtın bəzi yollarında və ərazilərində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ehtimal edilir. Bir çoxları tədbir ərzində şəxsi avtomobillərlə Bakıya giriş-çıxışın da məhdudlaşdırılacağını düşünür.
Bəs görəsən, sözügedən fikirlər doğrudurmu?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib ki, COP29 zamanı paytaxtın bir sıra küçələri müvəqqəti olaraq bağlanacaq:
“COP29 tədbiri zamanı Bakının bir sıra küçələri müvəqqəti olaraq bağlanacaq. Çünki həmin küçələrdə əsasən, nəqliyyat şəbəkələri, xablar yaradılacaq. Bu ərazilər daha çox tədbir iştirakçılarının cəmləşdiyi yataqxanalara, yaşayış obyektlərinə yaxın olan yerlərdir. Təbiik ki, bu küçələr bağlandıqda, avtomobillərin hərəkəti də məhdudlaşdırılacaq”.
Ekspert qeyd edib ki, paytaxtda giriş-çıxışlara isə məhdudiyyət tətbiq edilməyəcək:
“Bununla yanaşı, COP29-da nəqliyyatın hərəkətini sərbəst etmək üçün bildiyiniz kimi, xüsusi zolaqlar yaradılıb. Həmin zolaqlarla iştirakçıları daşıyan ekspress avtobuslar və digər nəqliyyat vasitələri hərəkət edəcək. Eyni zamanda tədbirlə bağlı qeydiyyatdan keçmiş yerli vətəndaşlar da həmin zolaqdan istifadə edə biləcəklər. Şəhərin mərkəzi küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırıla bilər. Amma bu o demək deyil ki, Bakı şəhərin giriş-çıxışlarına minik avtomobillərinin hərəkətinə məhdudiyyət olsun”.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











