Çörəyin içinə iynə ilə görün nə yeridilir? - ŞOK FAKTLAR

Çörək orqanizmin vərdiş etdiyi ənənəvi və qədim ərzaq olmaqla yanaşı, karbohidrat və kalori mənbəyi kimi insanın əsas qida vasitəsidir. Tərkibində olan yüksək bitki zülalı, Omeqa-6 yağ turşusu, mineral və vitaminlərlə orqanizmi təmin edir, həzm prosesini aktivləşdirir. Amma qida rasionunda əsas paya malik olan çörək nədənsə, biz azərbaycanlıların orqanizmində narahatlıq yaradır. Əksəriyyəti çörək qəbulundan sonra mədə-bağırsağında, həzm prosesində diskomfort yarandığından şikayətlənir.
Avtosfer.az-ın məlumatına görə, hazırda isə əksər insanları düşündürən məsələ çörəyin tərkibi və keyfiyyətidir. Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov News24.az-a açıqlamasında bildirib ki, çörək bişirən müəssisələr istehlakçını cəlb etmək üçün çörəyin üstünə şəkər çəkirlər, ona görə içi çiy üstü qızarmış şəkildə qalır:
"Çörək biznesi biznes sektorunun liberal bölümüdür. Kim istəsə bu bizneslə məşğul ola bilər. Bol çeşidli çörəklər var, lakin istehlakçıların və əhalinin üstünlük verdiyi sosial və zavod çörəkləridir. Burada kiçik problemlər yaşanır, bəzən bu çörəklərin üstü çox qızardılır ki, istehlakçını cəlb etsin, ancaq içi çiy qalır. Bu da o deməkdir ki, onun üzərinə şəkər çəkiblər. Əslində zavod, həm də sosial çörəklərin üstü də, arxası da eyni rəngdə, açıq sümbül rəngində olmalıdır. İllərdir bu, qablaşdırılmırdı, indi isə qablaşdırılmış şəkildə bazara çıxır. Təəssüf ki, istehlakçılar isti çörəyə üstünlük verirlər, lakin bu, çox zərərlidir.
Ümumiyyətlə, insanlar isti çörəkdən uzaq olmalıdırlar. Bəzən görürük ki, çörəyin içindən nələrsə çıxır, onu da bir neçə il öncə ifşa etdik ki, bir qrup dələduzlar iynə ilə çörəyin içinə tükü, sapı salırlar. Səbəb də pul almaq idi. Amma onları ifşa etdik, son 3 ildə çörəkdən şikayət çox azdır. Hətta qara çörəyin tərkibinə rəng vurulduğu deyilirdi. Hazırda çörək tam standartlara uyğun hazırlanır və AQTA buna nəzarət edir".
"Bakıda tramvaylara ehtiyac var" - EKSPERT
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib - FOTO
Bakı-Sumqayıt yolunda hər gün tıxacda qalanları SEVİNDİRƏCƏK XƏBƏR
Taksi qiymətləri kəskin artacaq: 50 manat cərimə, ərazi qadağaları...
Bu icra başçısı vəzifəsindən azad edildi - SƏRƏNCAM
Bakı və ətraf ərazilərdə nəqliyyatın inkişafına strateji baxış
Parklanmanız üçün bir tətbiq - “AzParking”
Tramvay Bakının nəqliyyat yükünü azalda biləcəkmi? - AÇIQLAMA
Tramvay xətlərinin çəkilməsi tıxac problemini həll edəcək? - AÇIQLAMA
Ölkənin ən gənc generalı Elxan Məmmədovun oğlu imiş
Bakı sakinlərini sevindirəcək xəbər - 64 milyonluq yeni layihə











