COVID-19-la bağlı əhaliyə müraciət edildi - RƏSMİ

İyulun 11-i Ümumdünya Əhali Günüdür. Azərbaycan əhalisinin sayı 2022-ci il may ayının 1-nə qədər 10173178 nəfər olub. Son illər əhalinin sayına təsir edən səbəblərdən biri də yeni növ koronavirus infeksiyasıdır.
Avtosfer.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb. Qeyd edilib ki, dünyada indiyədək 6.37 milyon insan COVID-19-dan ölüb. Azərbaycanda isə bu rəqəm 9 719-dur:
"Koronavirusa yoluxma saylarında artımları nəzərə alaraq, əhalini bir daha diqqətli olmağa çağırırıq - Sabun, su və ya spirt tərkibli antiseptik vasitə ilə tez-tez əllərinizi yuyun;
Öskürərkən və ya asqırarkən ağzınızı bükülmüş dirsək və ya salfet parçası ilə örtün, daha sonra isə həmin salfet parçasını dərhal bağlı zibil qutusuna atın;
Başqaları ilə aranızda ən az 1 metr məsafə saxlayın; Telefonlar, qapı dəstəkləri kimi tez-tez toxunulan səthləri müntəzəm olaraq təmizləyin və dezinfeksiya edin;
Qapalı məkanları tez-tez havalandırın; Kütləvi toplaşma hallarından yayının, bunun mümkün olmadığı zaman maskadan istifadə edin;
İkinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici (“buster”) doza ilə peyvəndlənin".
Maşınla işə gedənlərə PİS XƏBƏR!
ABŞ-nin İranı məğlub etməsinin önündə Çin dayanır? - POLİTOLOQ
Xəzərin çirkli suyunu təmizləmək Azərbaycana nə verəcək? - RƏY
Dövlət xidmətlərində süni intellekt tətbiq olunacaq: Vətəndaşları nə gözləyir?
İranın Zəngəzur dəhlizinə etirazlarının SƏBƏBİ NƏDİR? - ŞƏRH
Orta Dəhlizdə yeni hədəf: Azərbaycan tranzit imkanlarını genişləndirə biləcəkmi?
İşə maşınla getmək istəyənlərə PİS XƏBƏR
"Bədr müqaviləsi" tərəfdaş ölkələrin siyasətini necə dəyişəcək? - POLİTOLOQ
Aparıcının öldüyü qəzanın ŞOK DETALI: Ayıq sürücü çağırıbmış...
Bakıda qarajlar rekord həddə BAHALAŞDI
25 ildə tamaşaçının zövqü tamam korlandı - Elariz Məmmədoğlundan kanallara SƏRT TƏNQİD











