Daha bir məktəbdə RÜŞVƏT İDDİASI: "Dərs saatları və attestatlar satılır"

Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktoru və müavininin rüşvət alması barədə iddialar yayılıb.
Avtosfer.az "lent.az"a istinadən xəbər verir ki, direktor və müavini qeyri-qanuni işlərlə - dərs saatlarının pul qarşılığında satılması, məktəbə gəlməyən şagirdlərin 1500-2000 manat dəyərində sözügedən şəxslərə pul verməsi və attestatların 20-30 manat qarşılığında təhsilalanlara verilməsi kimi işlərlə məşğuldurlar.
İddialara cavab almaq üçün Bakı Şəhər Təhsil İdarəsinə və məktəbə sorğu ünvanladıq. Məktəbdən bildirilib ki, vəsait toplanması ilə bağlı iddialar həqiqəti əks etdirmir:
"Məktəbin nüfuzuna xələl gətirmək üçün yayılan böhtan xarakterli məlumatdır. Bu iddiaların məktəbdə çalışan zaman fəaliyyətində ciddi nöqsanlara yol verdiyi üçün əmək müqaviləsinə xitam verilmiş sabiq işçi tərəfindən yayıldığı düşünülür".
Bakı Şəhər Təhsil İdarəsinin cavabında isə qeyd olundu ki, təhsil müəssisələrində qanunvericiliyin tələblərinə uyğun idarəetmə prinsiplərinə əməl olunmasına ciddi nəzarət edilir:
"Təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı valideynləri narahat edən hər hansı hal olarsa, 146-1 saylı telefon vasitəsilə Çağrı Mərkəzinə anonim olmadan müraciət edilməsi tövsiyə olunur. Qeyd edək ki, qanunvericiliyin tələblərinə uyğun olaraq anonim məlumatlar istisna olmaqla, daxil olan bütün müraciətlər operativ şəkildə araşdırılır və müvafiq tədbirlər görülür".
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












