Daşıyıcı şirkətlər “K Group”la bağlı Mərkəzi Banka müraciət etdi

Bakıda və paytaxt ətafında müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən 10-a yaxın daşıyıcı şirkət Mərkəzi Banka və İqtisadiyyat Nazirliyinə müraciət edib.
Avtosfer.az xəbər verir ki, daşıyıcı şirkətlər ictimai nəqliyyatda gediş haqlarının mərkəzləşdirilmiş qaydada yığılmasını və ödənilməsini təmin edən “K Group” MMC tərəfindən hüquqlarının pozulduğunu bildiriblər.
Şirkətlər qurum tərəfindən onların üzərinə külli miqdarda borc yazıldığını qeyd ediblər.
“K Group” MMC ilə özəl daşıyıcı şirkətlər arasında 23.09.2019-cu il tarixli, “Nəqliyyatın Avtomatlaşdırılmış İdarəetmə Sisteminin və Gediş Haqlarının Avtomatlaşdırılmış Ödəniş Sisteminin tətbiq edilməsi” haqqında üçtərəfli müqavilə bağlanıb. Həmin müqavilənin şərtlərinə əsasən “K Group” MMC gediş haqlarının mərkəzləşdirilmiş qaydada yığılması və daşıyıcıya ödənilməsini, o cümlədən (2.2.1-ci bənd) avtomatlaşdırılmış ödəniş sistemi, onun müvafiq komponentlərinin nəqliyyat vasitələrində quraşdırılması, xidmət göstərilməsi, (7.6-cı bənd) müqavilə üzrə xidmətlərin göstərilməsinə təsir göstərə bilən avtomatlaşdırılmış ödəniş sistemində baş verən səhvlər /nasazlıqlar/ qanunsuz müdaxilələr barədə dərhal daşıyıcıya məlumat təqdim etmək və sair öhdəlikləri üzərinə götürüb.
Lakin “K Group” MMC tərəfindən təqdim olunan xidmətlər müqavilə şərtlərinə uyğun icra edilmir, hesabatlar təqdim olunmadan, borc məbləğləri üzləşmə aktı əsasında dəqiqləşdirilmədən daşıyıcı şirkətlərə köçürülməli olan pul vəsaitlərindən birtərfli qaydada tutulma aparılır”, - müraciətdə deyilir.
Bildirilib ki, 2024-cü il 8 avqust tarixindən “K Group” MMC müqavilə şərtlərini icra edə bilməyib, avtomatlaşdırılmış ödəniş sistemində (“BAKI KART”) yaranmış problemlərlə əlaqədar, proqramın daşıyıcı şirkətlərə aid hissəsi bağlanaraq, məlumatların təqdim edilməsi dayandırılıb, günlük yığımlar azaldılaraq ödənilib:
“Bu hallar da gediş haqlarından yığılan pul vəsaitlərinin bizə tam olaraq köçürülməməsi ilə bağlı əsaslı iddiaların yaranmasına səbəb olub. Bu hallara etiraz etdikdə tezliklə proqramın bərpa ediləcəyi və kəsr məbləğinin şərtsiz olaraq ödəniləcəyi bildirilib. Bir neçə gün əvvəl isə “K Group” MMC daşıyıcı şirkətlərə proqramın bərpa edildiyini məlumat verib. Eyni zamanda proqramın işləmədiyi müddət ərzində daşıyıcı şirkətlərə avans olaraq artıq pul vəsaitlərinin ödənildiyini və bu vəsaitləri heç bir üzləşmə etmədən 03.02.2025-ci ildən etibarən günlük yığımlardan birtərəfli qaydada tutacağını elan edib”.
Daşıyıcı şirkətlər bildiriblər ki, onların daşıdıqları sərnişinlərə görə toplanmış vəsaitin birtərəfli qaydada tutulması qeyri-qanunidir:
“K Group” MMC-nin ödənilməli olan pul vəsaitləri ilə bağlı yol verdiyi əsassız və qanunsuz hərəkətləri nəticəsində hüquq və mənafelərimiz pozulmaqla bizə küllü miqdarda zərər dəyib. “K Group” MMC-nin bu qanunsuz hərəkətləri iqtisadi vəziyyətimizin ağırlaşmasına səbəb olmaqla, o cümlədən əmək haqqı, vergi, bank ödənişləri və sair vacib ödənişlərimizin icrasında ciddi problemlər yaranıb, fəaliyyət imkanlarımız risk altına düşüb”.
Daşıyıcı şirktlər dövlət qurumlarından məsələyə münasibət bildirmələrini xahiş ediblər:
“Yuxarıda göstərilənlərin vacibliyini nəzərə alaraq, “K Group” MMC tərəfindən yol verilən qanun pozuntuları ilə bağlı müvafiq yoxlamaların aparılmasını, o cümlədən “K Group” MMC tərəfindən daşıyıcı şirkətlərin hesabından borc məbləğləri dəqiqləşdirilmədən birtərəfli qaydada maliyyə vəsaitinin tutulmasına yönəlmiş qanunsuz hərəkətlərin dayandırılmasını xahiş edirik”.
Dünyada tüğyan edən yalan xəbər mühiti: Cəmiyyət niyə dezinformasiyaya inanır? – MÜTƏXƏSSİS RƏYİ
Bakı funikulyorunun 66 yaşı tamam olur - FOTOLAR
Meloninin Bakıya gəlməsi Azərbaycana nə qazandıracaq? - EKSPERT
Sürücülərin NƏZƏRİNƏ: Bakıda xüsusi zolaqlara daxil olanlar CƏRİMƏLƏNƏCƏKLƏR
Bu yolda sürücülər üçün ciddi təhlükə - Təkərlər cırılır – VİDEO
Prezident İlham Əliyevin İtaliya Baş naziri ilə geniş tərkibdə görüşü olub - FOTO
Bu körpənin valideynləri axtarılır - FOTO
SEPAH-dan Hörmüz boğazı ilə bağlı XƏBƏRDARLIQ: "Güc tətbiq ediləcək"
Qarabağda və Şərqi Zəngəzurda layihələrin icrasında İtaliya qabaqcıl yerlərdədir - Prezident İlham Əliyev
Paytaxtın 14 küçəsində sıxlıq var - SİYAHI
Avtomobillər üçün böyük maneə - Bu məhsul tükənir










