Daxili işlər Nazirliyi bu şəxslərə MÜRACİƏT ETDİ

Respublikamızın bir sıra rayonlarında fermerlərin biçini başa çatmış sahələri yandırması müşahidə olunur.
DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, kənd təsərrüfat təyinatlı əkin sahələrinin biçindən sonra şumlamaq əvəzinə yandırılması həmin ərazilərdə bir sıra neqativ fəsadların yaranmasına səbəb olur.
Polis əməkdaşları tərəfindən respublikamızın bütün ərazilərində bu kimi halların aradan qaldırılması və fermerlərlə profilaktik, təbliğat-maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu istiqamətində Goranboyda 7, Bərdədə 3, Göyçayda 2, Saatlıda 2, Şamaxıda 2, Beyləqanda 1, Şabranda 1, Qubada 1, Abşeron 1 fakt üzrə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq məsuliyyət tədbirləri görülüb.
Qeyd olunanları nəzərə alaraq fermerlərdən xahiş edirik ki, biçini başa çatan sahələrin yandırılmasından çəkinsinlər, qaydalara uyğun olaraq əkin sahələrinin biçindən sonra şumlanmasına üstünlük versinlər.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












