Dəhşətli istilər gəlir: Temperatur 43 dərəcəyə yüksələcək

Bir müddətdir ki, ölkə ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunur. Qarşıda yay fəsli gəlsə də, havalar getdikcə soyuyub, yağıntı çoxalmağa başlayıb. Xarici mənbələrdə isə bu il yay fəslinin dəhşətli istilərlə müşaiyət olunacağı ehtimal edilir. Proqnozlar bir neçə ay ərzində temperaturun dözülməz dərəcədə artacağı ilə bağlıdır.
Bəs ölkəmizdə yay fəsli necə keçəcək?
Avtosfer.az xəbər verir ki, meteoroloq Cavid Hüseynov “Yeni Sabah”a açıqlamasında yaxın bir neçə ay ərzində hava şəraitinin necə olacağı ilə bağlı sualları cavablandırıb:
“36 saatdan artıq müddətə verilən hava proqnozları uzunmüddətli proqnozlar adlanır və qısamüddətli proqnozlarla (36 saata qədər müddətə) müqayisədə özünüdoğrultma ehtimalları çox kiçik olur. Ona görə də ölkəmizdə yay fəslinin necə keçəcəyi haqqında indidən verilən proqnozlar çox kiçik ehtimalla özünü doğrulda biləcək. Azərbaycanda təbii sinoptik-iqlim yay fəsli may ayının ikinci ongünlüyündən sentyabr ayının ortalarınadək, təxminən 120 gün davam edir. Yayın əvvəlində (iyun ayının axırlarına qədər) Şimal dənizləri və Şimali Atlantika üzərindən sərin hava kütlələri ölkə ərazisinə daxil olur və dəyişkən sinoptik-hava şəraiti yaranır. Bu zaman Azərbaycanda yaz ayları üçün xarakterik olan atmosfer dövranı təkrarlanır. Yayın ikinci yarısında isə tropik kontinental hava kütlələrinin müdaxiləsi daha çox takrarlanır. Bu zaman dayanıqlı sinoptik şəraitdə düzənlik və dağətəyi regionlarımızın həddindən artıq istiləşməsi tropik hava kütləsinin yerli hava kütləsinə çevrilməsinə, havaların quraq və çox isti keçməsinə səbəb olur. Respublikamızın ərazisinin oroqrafik və hipsometrik şəraiti meteoroloji kəmiyyətlərin, xüsusən də havanın temperaturunun ərazi üzrə fərqlərinin yaranmasında ən əsas amillərdəndir”.
Ekspert düzənlik ərazilərdə temperaturun 43 dərəcəyə çatacağını bildirib:
“İyul ayının orta temperaturu Azərbaycanın düzənlik bölgələrində 24-27°C olduğu halda, ortadağlıqda 20-15°C, yüksək dağlıq ərazilərdə isə 10-5°C müşahidə ediləcəkdir. Düzən ərazilərimizdə (Lənkəran və Gəncə-Qazax düzənliyindən başqa) mütləq maksimal temperaturların 40-43°C, dağətəyi zonalarda 37-40°C, 1500-2000 m yüksəkliklərdə 27-30°C və yüksək dağlıq ərazilərdə (3000-3500 m) 20-30°C olacağı ehtimal edilir. Yay fəsli üçün səciyyəvi olan dolu və leysan yağışların intensivliyi və təkrarlanması dağlıq vilayətlərdə, xüsusən də Böyük Qafqaz dağlarında digər bölgələrlə müqayisədə daha çox müşahidə olunacaq. İyun-avqust aylarında Arazyanı düzənliklər (Naxçıvanda) və Kür-Araz ovalığında mümkün buxarlanmanın orta aylıq miqdarı 135-240 mm arasında tərəddüd edəcək”.
Avtomobil sahiblərinə pis xəbər: Yağ qıtlığı yarana bilər – ARAŞDIRMA
Həftəsonu Bakıda iki küçə təmirə bağlanacaq - Sürücülərin DİQQƏTİNƏ
“Prioritet” daha sürətlidir? “Çatdırılma” necə işləyir? - Bilməli olduğunuz məqamlar
Cinayət Məcəlləsinə yeni maddələr əlavə edilib - DTX araşdıracaq
Bakı və Abşeron sakinlərinə ŞAD XƏBƏR: 40 dayanacaq olacaq - VİDEO
Yollarda təmir işləri niyə gecikir? – RƏSMİ AÇIQLAMA
Süni intellekt əmək bazarında rəqabətliliyə necə təsir edir? – Ekspert AÇIQLADI
Bu küçədə yaşıllıq görməni məhdudlaşdırır - Sürücülər qəza riski ilə üzləşir - VİDEO
Süni intellektlə hazırlanan materialların paylaşılmasına nəzarət gücləndirilir – YENİ QANUN
İşə maşınla gedənlərin NƏZƏRİNƏ!
“BlackBerry”nin avtomobillər üçün yeni texnologiyası GÜNDƏM OLDU - FOTO










