Dəmiryolçular fevralın 14-dən etiraz aksiyalarına başlayacaq

"Moldova Dəmir Yolları" müəssisəsinin əməkdaşları əmək haqlarının ödənilməməsi probleminə diqqət çəkmək üçün fevralın 14-dən etiraz aksiyalarına başlayacaqlar.
Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Dəmiryolçuların Həmkarlar İttifaqının sədri İon Zaporojan “Canal 5”in efirində bildirib.
"Biz etiraz aksiyalarına hazırlaşırıq. Biz hökumət binası, daha sonra parlament və prezident administrasiyası qarşısında etiraz edəcəyik. Onların hamısı məlumatlandırılıb", - o bildirib.
Son illərdə yükdaşımaların həcminin azalması ilə əlaqədar müəssisə böhranlı vəziyyətə düşüb. 2024-cü ilin fevralında müəssisənin işçiləri bir neçə aydır əmək haqqı almadıqlarından şikayət edərək tətil keçiriblər. Avqustda dəmiryolçular həmkarlar ittifaqı vasitəsilə Baş nazir Dorin Reçanuya müraciət edərək o dövr üçün 7,75 milyon dollara çatan əmək haqqı borclarının ödənilməsi ilə bağlı problemin həll edilməsini xahiş ediblər. Hökumət əmək haqqı borclarını hələ də tam ödəməyib.
Prezident İlham Əliyev Bayraq Günü ilə bağlı videoçarx paylaşıb - VİDEO
İlham Əliyevin adından Türkiyə prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri Zəfər abidəsinin önünə əklillər qoyublar
Azərbaycan və Türkiyə prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər - YENİLƏNİB - VİDEO
Heydər Əliyevlə xanımı Zəfər abidəsini ziyarət etdi - FOTO
Şuşada İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla təkbətək görüşü keçirilir
“Ölümsüz Komandan - Qarabağın Zəfər Marşı” adlı videoçarx hazırlanıb - VİDEO
Prezident: Vaxtilə “şeytan yuvası” olan bina Zəfər muzeyi olacaq
Prezident İlham Əliyev Zəfər Günü ilə bağlı xalqa MÜRACİƏT EDİB - VİDEO
Hikmət Hacıyev: Şuşada olmaq qürur və xoşbəxtlikdir - VİDEO
Mehriban Əliyeva Zəfər Günü ilə bağlı paylaşım edib - FOTO












