Dənizkənarı Bulvar İdarəsində yoxlama aparılıb: Ötənilki nöqsan açıqlandı

Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi və tabeliyində olan qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının auditini həyata keçirib.
Avtosfer.az xəbər verir ki, bu barədə "2023-cü ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Hesablama Palatasının rəyində qeyd edilib.
Bildirilib ki, qeyri-büdcə gəlirlərinin tərkib hissəsi kimi sahibkarlıq fəaliyyətindən əldə olunmuş pul vəsaitlərinin məbləğinin dövlət sifarişi üzrə dövlət büdcəsindən maliyyələşən gəlirlərə nisbətinin artmasına baxmayaraq, dövlət büdcəsinin vəsaitlərindən asılılığın tədricən (müvafiq hədlərdə) azaldılmasına nail olunmamaqla, asılılıq səviyyəsi artıb. Həmçinin, hüquqi aktlarla müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun qeyri-büdcə gəlirləri üzrə əlavə potensialın da mövcudluğu şəraitində əməyin ödənişi və mükafatlandırılması xərclərinin qeyri-büdcə mənbələri hesabına maliyyələşdirilməsində irəliləyişlər əldə olunmayıb. Bu isə "Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası"nın tələblərinin (3.1-ci bəndinin) pozulması deməkdir.
(pravda.az)
DİN vəkil Orxan Kəngərli və digərlərinin həbsi ilə bağlı məlumat yaydı - VİDEO
Prezidentlər Birgə Bəyanat qəbul etdilər - FOTOLAR
Dövlət qulluğu imtahanı ilə bağlı nələr dəyişəcək? – RƏSMİ AÇIQLAMA
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO












