Deputat Naxçıvana alternativ gedişin bərpasından yazdı

Operativ qərargah çox gərgin şərtlərdə işləyir, vəziyyəti tənzimləmək üçün əllərindən gələni edirlər. Bunu təqdir etmək lazım. Hökumətin də koronavirus şəraitində müəyyənləşdirdiyi tədbirlər, keçirilən testlər, xəstəliyə yoluxmuş insanlar üçün müalicənin təşkili hər nə qədər ağır olsa da, bu prosesi əsasən uğurla tənzimləyirlər. Lakin çatışmazlıq da mövcuddur. Bu da başqa yerlərdən vətəndaşalrımızın ölkəyə gətirilməsi məsələsidir. Türkiyədə çox sayda insanımız, xüsusilər də çətin şərtlərdə pulsuz-parasız qalan tələbələrimiz var, onların gətirilməsi işində çox ciddi axsamalar var. Ən çətin vəziyyətdə olanların sırasında Naxçıvan camaatı qalıb. Qəbul olunan qərara əsasən öz kartınla bilet ala bilərsən, ancaq online qaydada, artıq biletlər də tükənib və yüzlərlə insan Naxçıvanda və Bakıda əlacsız vəziyyətdə qalıb. Hökumətə təklif edirəm ki, təcili İran hökuməti ilə danışıqlar aparsın, razılaşma olarsa xüsusi avtobuslar Naxçıvandan və Bakıdan İran ərazisində heç yerdə saxlamadan birbaşa marşurut üzrə adamları təyinat məntəqəsinə çatdırsın. Yük maşınlarının hərəkəti dayanmayıb, eyni qaydanı müvəqqəti olaraq, yəni bir həftə ərzində sərnişinlər üçün də düşünmək olar. Təbii ki, təyinat məntəqəsində karantin qaydalarının tələblərinə uyğun davranışları da tənzimləmək zəruridir. Bu prosesi bir an öncə başlatmaq lazımdır ki, minlərlə insanı ağır məşəqqətdən qurtara bilək. Çünki təyyarə variantı yetərli çıxış yolu deyil. Bununla bağlı yenə də operativ qərargaha rəsmi müraciət edəcəyəm. Ümid edirəm ki, İran dövləti bu təklifi anlayışla qarşılayıb, məsələnin həllinə köməklik göstərəcək.
Milli Məclisin Deputatı Fazil Mustafa
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












