Deputat: “Xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər”

“İctimai nəqliyyatdan istifadənin kəskin azalmasının günahını taksi xidmətinin üzərinə ata bilmərik. Bu sahədə həm ictimai, həm də fərdi daşımada ciddi problemlər var”.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin plenar iclasında deputat Məlahət İbrahimqızı deyib.
“İctimai nəqliyyat sahəsində ciddi dəyişikliklərin edilməsinə ehtiyac var. Bu xidmətdə beynəlxalq standartlar tətbiq olunmalıdır. Adıçəkilən qanuna təklif edilən dəyişikliklər hesab edirəm ki, inhisarçılığa deyil, sağlam rəqabətə və məqbul qiymətə xidmət edəcək. Eyni zamanda hava limanı və dəmir yolu stansiyasından çıxarkən heç bir qayda-qanun gözlənilmədiyinə, xaos vəziyyətinin yarandığına, eləcə də “xalturşik” taksi sürücülərinə rast gəlinir. “Xalturşik”lər adamın üzərinə arı kimi hücum edirlər.
Azərbaycanlı olaraq fikirləşirsən ki, bu kimi hərəkətlər gözəlləşən Bakı barədə turistdə hansı təəssürat oyadar?! Qardaş Türkiyədə hava limanında bu sahədə xüsusi xidmət var və hər kəs öz növbəsini gözləyərək aidiyyəti xidmətdən istifadə edirlər. Aidiyyəti qurumlara müraciət edirəm ki, bərbad durumdan çıxış yolu tapsınlar”, - deyə o bildirib.
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












