DİN-dən həyəcanlı açıqlama: “Kiber talamalar davam edir, rəqəmlər ciddidir”

“Əmək sərf etmədən qazanmaq? Günlərdir çağırış edirik ki, təhlükə var, bəzi vətəndaşlar hələ də kiber risklərdən çəkinmirlər”. Avtosfer.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev vətəndaşlara bir daha çağırış edərkən deyib.

E.Hacıyev bildirib ki, talamalar davam edir, rəqəmlər ciddidir:
“Dünən də kiber üsullarla bank kartlarından oğurlanan pullar - 11361, 8556, 5546, 4000, 2003, 2000, 1500, 1471, 1450, 1200, 970, 741, 600, 543, 527, 364, 300, 170, 100, 70, 50, 30 manat təşkil edib. 16 rəqəmdən başqa bank kartı məlumatları heç kimə verilməməlidir”.
O həmçinin bildirib ki, ölkə üzrə mənzil oğurluqları, quldurluq, soyğunçuluq, narkotiklə əlaqəli, qanunsuz silah daşıma, insan alveri, mütəşəkkil cinayətkarlıq halları kəskin azalıb:
“Bu, DİN əməkdaşlarının fasiləsiz xidmətinin və polislə vətəndaşın birgə işinin, media nümayəndələri tərəfindən aparılan faydalı təbliğatın nəticəsidir. Bizi qayğılandıran ən vacib hal kibercinayətkarlıqdır. Təki vətəndaş zərər çəkməsin, biz fasiləsiz olaraq işimizi davam etdiririk, etdirəcəyik”.
Namiq Musayev
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












