DİN: "Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb"

Şabrandakı yanğında polis və mülki əhali arasında xəsarət alan olmayıb.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Avtosfer.az-a bildirib ki, dünən saat 17.30 radələrində Şabran rayonunun Ağalıq və Təzəkənd kəndləri arasındakı təxminən 50 hektarlıq biçilmiş taxıl sahəsində yanğın baş verib.
Dərhal Şabran Rayon Polis Şöbəsinin şəxsi heyəti həyəcan siqnalı ilə səfərbər edilərək güclü küləyin müşayiəti ilə yanan əraziyə cəlb olunublar. Eyni zamanda Yol Patrul Xidməti Alayının əməkdaşları yanğın baş verən ərazinin yaxınlığından keçən avtomobil yollarının istiqamətini dəyişərək sürücü və sərnişinləri daha təhlükəsiz, alternativ yollara yönləndiriblər.
Havanın isti və küləkli, ərazinin isə böyük olması yanğının qarşısını almaqda çətinlik yaradıb. Odur ki, yanğınla mübarizəyə ətraf rayonların – Xaçmaz, Xızı, Quba, Qusar və Siyəzən Polis şöbələrinin də əməkdaşları cəlb olunublar.
Yanğın təhlükəsi ilə üz-üzə qalan fərdi evlər və iaşə obyektləri polis əməkdaşları və kənd sakinlərinin birgə tədbirləri ilə yanğından mühafizə olunub.
Polis əməkdaşları və mülki əhali arasında xəsarət alan olmayıb.
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












