Dövlət Turizm Agentliyi Avtosfer.az-ın qaldırdığı problemə münasibət bildirib

Dövlət Turizm Agentliyi ötən gün Avtosfer.az saytında 3 nömrəli Şəki İpək Fabrikinin binası ilə bağlı dərc olunmuş xəbərə münasibət bildirib.
Agentlikdən avtosfer.az-ın redaksiyasına daxil olan məktubda bildirilir ki, “3 nömrəli Şəki İpək Fabrikinin binası Agentliyin balansına aid deyil. Bina “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşsə də, özəlləşdirilib və hazırda xüsusi mülkiyyətdədir”.
Dövlət Turizm Agentliyindən onu da qeyd ediblər ki, qanunvericiliyə görə heç bir qurum xüsusi mülkiyyətdə olan əmlaka sərəncam verə bilməz: “Azərbaycan Respublikasının Konstitusiyasının 29.2-ci maddəsinə və “Mülkiyyət haqqında” qanunun 2.2-ci və 20-ci maddələrinə əsasən, Dövlət Turizm Agentliyinin xüsusi mülkiyyətdə olan daşınmaz əmlaklar üzərində hansısa sərəncamverici (o cümlədən təmir-bərpa işlərinin aparılması, binanın istifadəyə verilməsi və s.) hüququ yoxdur. Bu qanunvericilik aktlarına görə, xüsusi mülkiyyətdə olan əmlaka sahiblik, ondan istifadə və onun barəsində sərəncam hüququ mülkiyyətçiyə məxsusdur”.
Sözügedən xəbərlə aşağıdakı linkdə tanış olmaq mümkündür:
https://avtosfer.az/az/oxucu-mektublari/turizm-agentliyinin-qorudugu-binada-keciler-oynayir-foto-215206
Vüqar
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO












