Döyüldüyü deyilən birinci katib İŞDƏN ÇIXARILDI

Rəhman Şahhüseynli adlı əməkdaş həqiqətən də Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyində birinci katib vəzifəsində çalışıb.
Avtosfer.az xəbər verir ki, bu barədə XİN-dən APA-ya bildirilib.
Onun bu vəzifədə çalışdığı müddətdə diplomatik xidmətə zidd olan bir sıra əməlləri ilə bağlı Xarici İşlər Nazirliyinə məlumat əsasında XİN tərəfindən müvafiq xidməti araşdırma aparılıb.
Bir neçə ay ərzində Rəhman Şahhüseynlidən və digər şəxslərdən izahat alınmaqla aparılmış araşdırma zamanı məlum olub ki, R.Şahhüseynli diplomatik xidmət orqanlarının əməkdaşına uyğun olmayan əməllər törədib. Bununla yanaşı, R.Şahhüseynlinin şikayətində qeyd etdiyi kimi, onun səfir və digər bir əməkdaş tərəfindən fiziki təzyiqə məruz qaldığı barədə iddialar həqiqəti əks etdirmir.
Aparılmış araşdırma və sübut edilmiş faktlar əsasında sözügedən əməkdaş 2024-cü ilin sentyabr ayında səfirlikdən geri çağırılıb və diplomatik xidmətdə fəaliyyətinə xitam verilib.
Ümumilikdə, qeyd edilən keçmiş əməkdaşın XİN-in Mərkəzi Aparatında çalışdığı müddətdə də bəzi xətalara yol verdiyi, bunun nəticəsində ona 2021-ci ilin noyabr ayında töhmət verildiyi məlumdur.
Qeyd edək ki, bundan öncə Glabalinfo.az Avropa ölkələrindən birindəki səfirliyimizdə səfirin birinci katibi döyməsi ilə bağlı məlumat yaymışdı. Sonradan bəlli oldu ki, söhbət Yunanıstan səfirliyimizdən gedir. Belə ki, səfir Arif Məmmədovun və yaxın dostu, ikinci katib Qafqaz Aslansoyun birlikdə birinci katibi döydüyü iddia edilirdi.
İlham Əliyev sosial şəbəkə hesablarında paylaşım edib - VİDEO
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...











