DSX çayda batan əsgərin yaxınlarını əraziyə aparıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Zaqatala Sərhəd Dəstəsinin Alazan çayında batan əsgərinin yaxınları hadisə baş verən əraziyə aparılıb. DSX-dan Avtosfer.az-a verilən məlumata görə, əsgər Fərdi Yarəliyevin qohumları onun öldüyü çay kənarında olub, şahidlər və əsgər yoldaşları ilə görüşüblər. Əsgərin çayda üzməsinə şahid olan, ona bunun təhlükəli olduğunu deyən Zaqatala rayonu 1-ci Tala kənd sakini Ramazan Hacıyev gördüklərini mərhumun valideyninə danışıb. Sərhəd zastavasında sərhəd naryadında olan hərbi qulluqçuların təhlükəsizlik qaydalarının tələbləri, o cümlədən də çayda üzmənin qəti qadağan edilməsi barədə qeydiyyatlar mərhumun qohumlarına təqdim olunub. Məhkəmə tibb eksperti Ramin Cəbrayılov keçirdiyi tibbi ekspertiza barədə məlumat verib. Zaqatala hərbi prokuroru Surxay Hüseynov əsgərin yaxınları ilə görüşüb, mərhumun cəsədinin çaydan çıxarılmasını əks etdirən videomateriallar nümayiş etdirilib, suallar cavablandırılıb.
Qeyd edək ki, hərbi xidmətdə ölmüş Fərdi Yarəliyevin yaxınları sosial mediada onun çayda batması ilə bağlı məlumatı qəbul etmədikləri barədə məlumatlar yayıblar. Onlar mərhum əsgərin cəsədinin şəkil və videogörüntüsünü paylaşaraq, onun güllə yarasından öldüyünü iddia ediblər.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












