DSX rəisi: “Sərhəd infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür”

“Sərhəd təhlükəsizliyinin təmin edilməsi məsələləri Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqətindədir”.
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Bakıda keçirilən Müstəqil Dövlətlər Birliyinin (MDB) Sərhəd Qoşunlarının Komandanları Şurasının (SQKŞ) 86-cı iclasında deyib.
“Son 20 il ərzində dövlət başçısı DSX-nin müxtəlif hərbi hissələrinə 40 dəfədən çox səfər edib, bölmələrdəki vəziyyətlə şəxsən tanış olub. Prezidentin bilavasitə dəstəyi ilə sərhəd təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi üzrə kompleks tədbirlər görülüb və bu istiqamətdə işlər davam etdirilir”, - E.Quliyev deyib.
Onun sözlərinə görə, sərhəd infrastrukturunun təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilir.
“İşğaldan azad edilmiş ərazilərdə sərhəd infrastrukturunun yaradılmasına xüsusi diqqət ayrılır. Ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra dövlət sərhədinin azad edilmiş hissələrində xidməti-döyüş fəaliyyətinin təşkili üçün zəruri tədbirlər həyata keçirilib. Qubadlı əlahiddə sərhəd diviziyası, çevik reaksiya qüvvələri briqadaları və müxtəlif hərbi birləşmələr yaradılıb”, - Dövlət Sərhəd Xidmətinin rəisi bildirib.
“Report”
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY












