DTX: Tbilisidə saxlanılan Rusiya vətəndaşı sifarişli qətl planlaşdırırdı

“Tbilisidə saxlanılan Rusiya vətəndaşı sifarişli qətl planlaşdırırdı”. Bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidmətindən (DTX) bildirilib.
Qeyd olunub ki, V.B. adlı vətəndaş sifarişli qətlin hazırlanması üzrə istintaq çərçivəsində saxlanılıb.
DTX hamını qeyri-dəqiq məlumatları yaymaqdan çəkinməyə çağırıb. Bildirilib ki, istintaq tədbirləri davam etdirilir və “İnterpol” vasitəsilə əlavə məlumatlar üçün sorğu göndərilib, şahidlər dindirilir.
Qeyd edək ki, “Mtavari arxi” televiziya kanalının baş direktoru Nika Qvaramia ötən gün bildirib ki, saxlanılan şəxs inquş əsilli Vasambeq Badrieviç Bokovdur. Kanal rəhbəri iddia edib ki, həmin şəxs telekanalın əməkdaşı Giorgi Qabunianın qətlini planlaşdırıb. N.Qvaramianın sözlərinə görə, G.Qabunianin qətlinə Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov göstəriş verib və səbəb jurnalistin ötən ilin iyulun 7-də o zaman çalışdığı “Rustavi 2” kanalının efirində Rusiya Prezidenti Vladimir Putinin ünvanına söyüş və təhqirlər söyləməsi olub. (Report)
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











