Dünya Bankı: Qazlı içkilər kasıb ölkələrdə daha çox problem yaradır

Dünya Bankı qazlı və şəkərli içkilər üçün xüsusi vergi tətbiqini tövsiyə edir. Bankın fikrincə, bu verginin 3 böyük faydası olacaq: bir tərəfdən, büdcə gəlirləri artacaq, digər tərəfdən əhalinin sağlamlığı qorunacaq. Paralel olaraq ölkələrin səhiyyə xərcləri də aşağı düşəcək.
Avtosfer.az-ın xəbərinə görə, Dünya Bankı bildirir ki qazlı və şəkərli içkilərə əlavə vergi tətbiqinin həm əhalinin səhhətinə, həm də maliyyə sağlamlığına müsbət təsiri var. Bu yolla həm büdcə gəlirlərini artırmaq, həm də əhalinin sağlamlığını qorumaq mümkündür. Vergi artımı əhalini alternativ içkilərə, xüsusən də suya yönləndir. Bu da şəxsi sağlamlıq üçün vacibdir.
Bank bildirir ki, xüsusi vergi qiymət artımını şərtləndirir ki, bu da istehlakla tərs mütənasibdir. Hazırda dünya ölkələrinin yarısında bu içkilərə ayrıca vergi tətbiq edilir. Bunlar əsasən kasıb və inkişaf etməkdə olan ölkələrdir. Bunun əksinə, Böyük İyirmiliyə daxil olan ölkələrin əksəriyyətində bu tip vergi yoxdur.
Regional bölgüdə də qeyri-bərabərlik hökm sürür. Asiya-Sakit okean regionu ölkələrinin demək olar hamısı bu məhsullara xüsusi vergi tətbiq edir. Latın Amerikasında göstərici 81% olduğu halda, Yaxın Şərqdə 10%-i keçmir.
Bank tövsiyə edir ki, səmərəli nəticə üçün bir çox kateqoriyadan olan məhsul vergiyə cəlb edilməlidir. Bura qazlı içkilərlə yanaşı sənaye üsulu ilə hazırlanmış meyvə şirələri və kakao tərkibli içkilər də daxil edilməlidir.
Bankın hesabatında bir məqam da təəssüflə qeyd edilir. Belə ki, əksər ölkələr qablaşdırılmış suları da xüsusi vergiyə cəlb edir. Bu da qazlı içkilərə qoyulan verginin ictimai səhiyyə üçün faydasını ciddi şəkildə azaldır.
Dünya Bankı bildirir ki, şəkərli içkilərdən istifadə piylənmə, ürək-damar, diabet və ağız boşluğu xəstəliklərinə səbəb olur. Bu problemlə 2021-ci ildə dünyada 2 milyard nəfər üzləşib. Onların 70%-i kasıb ölkələrin sakinləridir.
Bu içkilər əhalinin orta yaş həddini aşağı salmaq və əmək məhsuldarlığını azaltmaqla yanaşı səhiyyə xərclərini də artırır.
Meksika və Britaniyada aparılan tədqiqatlar göstərir ki, qazlı və şəkərli içkilərə xüsusi verginin tətbiqi sayəsində əhali arasında piylənmə ciddi şəkildə azalıb. Xüsusən də gənclər arasında.
Vüqar Yaşaroğlu
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO
Bu ərazidə yaşayanların DİQQƏTİNƏ! - İki marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir
Bakıda avtobus sürücülərinin özbaşınalığı CAN ALIR










