"Dünyada baş verən proseslər təhlükəsizlik və sabitliyə təhdidlər yaradır" - Ramil Usubov

Moskvada təhlükəsizlik məsələlərinə kuratorluq edən yüksəksəviyyəli nümayəndələrin "Bərabər və bölünməz təhlükəsizlik arxitekturası: Cənub və Şərq dövlətləri üçün imkanlar və təhdidlər" mövzusunda 13-cü beynəlxalq görüşü keçirilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Azərbaycan Təhlükəsizlik Şurası məlumat yayıb.
Bildirilib ki, görüşdə Şuranın katibi, general-polkovnik Ramil Usubovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Dünyanın 105 ölkəsinin təmsil olunduğu, 126 nümayəndə heyətinin iştirak etdiyi üçgünlük dialoq çərçivəsində qlobal miqyasda bərabər və bölünməz təhlükəsizliyin yeni arxitekturasının formalaşdırılması, mühüm informasiya infrastrukturunun terror hücumlarından və təxribatlardan qorunması, o cümlədən internet fırıldaqçılgı ilə mübarizə məsələləri müzakirə olunub.
R.Usubov çıxışında bu gün sürətlə baş verən proseslərin dünyada təhlükəsizliyə, sabitliyə yeni çağırışlar və təhdidlər yaratdığını, qlobal Cənubun və Şərqin bundan təklikdə qorunmaq imkanlarının olmamasının narahatlıq doğurduğunu, beynəlxalq birliyin birgə səylərinin vacibliyini diqqətə çatdırıb.
O, Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi və yorulmaz səyləri ilə qlobal maraqların kəsişdiyi coğrafi ərazidə yerləşən Azərbaycanın bölgədə və dünyada dayanıqlı təhlükəsizlik mühitinin formalaşmasına, möhkəmləndirilməsinə, bərabərhüquqlu əsasda dayanıqlı beynəlxalq əməkdaşlığın inkışafına verdiyi töhfələrdən danışıb.
Tədbir çərçivəsində keçirilən görüşlərdə təhlükəsizliyin təmini sahəsində əlaqələrin gücləndirilməsi, ikitərəfli əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bakıdan İstanbula birbaşa qatar – Bu texnologiya artıq Azərbaycandadır - FOTO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Metroda məhdudiyyət fonunda yeni tədris ili: Universitetlər dərs qrafikini dəyişəcəkmi?
İsrailin Suriyadakı aviabazanı bombaladı; ABŞ administrasiyası hərəkətə keçdi - POLİTOLOQ
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
ABŞ_Azərbaycan münasibətləri region üçün nələr vəd edir? - POLİTOLOQ
Vətəndaş müştərisi olduğu bankın bankomatından pul çıxaranda komissiya tutulur - EKSPERT
Türkiyənin Qara dəniz layihəsi Azərbaycan üçün niyə vacibdir? – Ekspertdən AÇIQLAMA
Narkotikə görə həbs olunması barədə xəbərlərdən danışdı: “Hər qəpiyim halaldır”
"My Gov"la bağlı QƏRİBƏ OLAY - Vətəndaşın adına ağır diaqnozlar yazıldı - FOTO
Xırdalana metro çəkilməsi nə qədər realdır? - VACİB AÇIQLAMA - FOTO










